"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
"BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci yeni bir biotexnologiya şirkəti qurmaq üçün şirkətdən ayrılırlar. Şahin və Türeci yeni nəsil mRNA innovasiyalarına fokuslanacaq yeni bir şirkət qurmağı planlaşdırırlar.Dünyanın ilk qeydiyyatdan keçmiş Covid-19 peyvəndini inkişaf etdirən Almaniyanın biotexnologiya şirkəti "BioNTech"in qurucuları Uğur Şahin və Özlem Türeci hazırkı rəhbərlik vəzifələrindən ayrılaraq yeni bir texnologiya şirkəti quracaqlar.
Marja.az xəbər verir ki, onlar Covid-19 peyvəndinin arxasındakı texnologiya olan mRNA-ya fokuslanacaq yeni biotexnologiya şirkətini yaradacaqlar.
Bu xəbərdən sonra "BioNTech"in Frankfurt birjasındakı səhmləri təxminən 22% dəyər itirib.
"BioNTech"dən verilən açıqlamada bildirilir ki, Covid-19 peyvəndi ilə qlobal uğur qazanmış qurucular, "BioNTech"in Baş Direktoru (CEO) Prof. Dr. Uğur Şahin və Baş Tibb Rəhbəri Dr. Özlem Türeci vəzifələrini təhvil vermək qərarı qəbul ediblər.
Dəyişikliklərin 2026-cı ilin sonuna qədər tamamlanması gözlənilir və ikili yeni şirkətdə “yeni nəsil mRNA innovasiyalarının” tədqiqat və inkişafına fokuslanacaqlar.
"BioNTech"in Nəzarət Şurası Şahin və Türecinin vəzifələrini təhvil alacaq namizədləri müəyyən etmək üçün axtarış prosesinə başlayıb.
Şahin bildirib ki, bu keçid "BioNTech" rəhbərliyi üçün növbəti addımlar və fərqli modellər barədə 18 aydan çox davam edən müzakirələrin nəticəsidir.
"Union Investment"də portfel meneceri və "BioNTech"in investoru olan Markus Manns isə deyib:
“Şirkətin qurucularının ayrılması kritik bir dövrdə şirkət və səhmdarları üçün dağıdıcı xəbərdir. Hər ikisi biznesin ürəyi və beyniydi.”
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"BioNTech" çərşənbə axşamı günü 2025-ci il üçün gözləniləndən böyük zərər açıqlayıb. 2024-cü ildə 665,3 milyon avro olan xalis zərər, keçən il 1,12 milyard avroya çatıb. Şirkət bu il həm Avropada, həm də ABŞ-da Covid-19 peyvəndlərindən əldə edilən gəlirlərin azalması səbəbindən satışların düşməsini gözləyir.
"BioNTech"-in 2025-ci il gəliri isə əvvəlki ilə nisbətən cüzi artım göstərərək 2,87 milyard avro olub. Gəlirdəki bu artım, ABŞ-ın "Bristol Myers Squibb" şirkəti ilə həyata keçirilən strateji tərəfdaşlıqdan əldə olunan gəlirlərin təsiri ilə izah edilir.
Şirkət 2026-cı ildə peyvənd tələbinin azalmasının davam edəcəyini və gəlirin 2–2,3 milyard avro səviyyəsinə düşəcəyini proqnozlaşdırır. "BioNTech" bu gəlirin 2,2–2,5 milyard avro səviyyəsində olan araşdırma və inkişaf xərclərini qarşılamağa yetməsini hədəfləyir.
Qeyd edək ki, 2020-ci ildə "BioNTech" ABŞ-ın "Pfizer" şirkəti ilə birgə texnologiyasını istifadə edərək çox qısa müddətdə Covid-19-a qarşı ən çox satılan peyvəndi hazırlamışdı. Covid-19 pandemiyası dövründə mRNA peyvəndindən milyardlarla avro qazanan şirkət, 2030-cu ilə qədər onkologiya (xərçəng) sahəsində bir çox dərman üçün lisenziya müraciəti etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
40 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
44 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 45 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər

























