Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 57,69 ABŞ dollarından 78,84 dollaradək (+36,7%) artırıb.
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, 2026-ci ildə WTI (West Texas Intermediate) markalı neftin qiymətinin 73,61 dollar (öncəki proqnoz – 53,42 dollar, artım – 37,8%) səviyyəsində olacağı ehtimal olunur.
“Yaxın Şərqdə hərbi əməliyyatların başlanmasından sonra “Brent” markalı neftin spot qiyməti kəskin artıb. Martın 9-da “Brent” neftinin bir barel üçün qiyməti 94 dollar səviyyəsində qərarlaşıb ki, bu da ilin əvvəlindən təxminən 50% çoxdur və 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Xam neftin qiymətləri Hörmüz boğazından neft daşımalarının azalması və Yaxın Şərqdə bəzi hallarda neft hasilatının dayandırılması fonunda artıb”, - hesabatda qeyd olunur.
Bununla yanaşı, EIA 2027-ci il üçün qeyd olunan neft markalarının orta qiymətləri üzrə proqnozunu yeniləyib. Belə ki, qurumun ehtimalına görə, gələn il “Brent”ın bir barelinin orta qiyməti 64,47 dollar (öncəki proqnoz – 53 dollar), WTI-nın isə 60,81 dollar (öncəki proqnoz – 49,34 dollar) olacaq.
Qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin qiyməti müvafiq olaraq 69,04 dollar və 65,4 dollar təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















