Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
“Azərbaycan İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
Federasiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsi, ölkəmizdə rəqs idmanının yeni inkişaf mərhələsinə keçidi və beynəlxalq arenada mövqeyinin gücləndirilməsi məqsədilə keçirilən növbədənkənar iclasda federasiya rəhbərliyində mühüm dəyişikliklər edilib.
Səsvermənin nəticələrinə əsasən, tanınmış iş adamı və təcrübəli idarəçi Ali Həşimli Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib.
İclasda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib ki, federasiyadakı bu yenilənmə ölkəmizdə idmanın inkişafına verilən önəmin bariz nümunəsidir. Nazir bildirib ki, rəqs idmanı həm mədəniyyətimizin, həm də idmanımızın ayrılmaz tərkib hissəsidir və bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“İnanıram ki, yeni seçilmiş rəhbərlik – Ali Həşimli və onun komandası federasiyanın fəaliyyətinə yeni dinamika gətirəcək, şəffaf və peşəkar idarəetmə prinsiplərini daha da gücləndirəcək. Xüsusilə gənclərin bu sahəyə cəlb olunması, beynəlxalq arenada uğurların artırılması və milli rəqs ənənələrinin qorunaraq inkişaf etdirilməsi istiqamətində mühüm nəticələr əldə olunacağını ümid edirəm. Nazirlik olaraq federasiyanın bütün təşəbbüslərinə dəstək göstərməyə hazırıq və bu əməkdaşlığın ölkəmizdə rəqs idmanının inkişafına ciddi töhfə verəcəyinə inanıram”.
Federasiyanın yığıncağında Eşqin İsmayıllı və Etibar Məmmədov vitse-prezident vəzifələrinə seçiliblər.
Qeyd edilib ki, hər iki vitse-prezident strateji düşüncə tərzi, güclü liderlik keyfiyyətləri və nəticəyönümlü fəaliyyətləri ilə tanınan peşəkar şəxslərdir. Onların federasiya rəhbərliyində təmsil olunması idarəetmə keyfiyyətinin yeni mərhələyə yüksəlməsinə, innovativ yanaşmaların tətbiqinə, beynəlxalq əməkdaşlıqların genişlənməsinə və ölkəmizdə rəqs idmanının dinamik inkişafına mühüm təkan verəcəkdir.
Ali Həşimli kimdir?

1984-cü ildə Laçın rayonunda anadan olan Ali Həşimli Azərbaycanın biznes mühitində geniş təcrübəyə malik, strateji baxışlı idarəçidir. O, hazırda ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan “Grandmart”, “Bolmart” və “Megastore” mağazalar şəbəkəsinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.
Eyni zamanda, ölkənin böyük distribusiya və istehsal şirkətlərindən biri olan “Avrora” şirkətində müşavir vəzifəsini icra edir və müxtəlif sahələri əhatə edən bir sıra uğurlu biznes layihələrinin təşəbbüskarıdır.
O, Qərb Universitetində Turizm və sosial sahədə xidmət ixtisası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası və İstanbul Universitetində Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alıb.
Ali Həşimli ailəlidir, üç övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























