Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Qətərin neft-qaz infrastrukturuna raket zərbələri barədə xəbərlərdən sonra Qaz qiymətləri 35% artaraq 890 dollarl keçib."ICE Futures Europe"ın məlumatlarına görə, 19 mart ticarət açılışında Avropanın əsas qaz birjasında qiymətlər kəskin yüksəlib.
Marja xəbər verir ki, Niderlanddakı TTF (Title Transfer Facility) bazarında aprel fyuçersləri təxminən 891 dollar / 1 000 kubmetr səviyyəsinə, yaxud 74 avro / MWh-ə yüksəlib. Gün ərzində artım 35%-dən çox olub. Beləliklə, qazın qiyməti əvvəlki sessiya ilə müqayisədə təxminən 200 dollar artıb.
Qiymət artımı Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlarla əlaqələndirilir.
Qatar Energy şirkəti bildirib ki, Ras Laffan Industrial City ərazisində yerləşən LNG zavodu raket zərbələrindən sonra ciddi zərər görüb.
Bundan əlavə, Əbu-Dabidə yerləşən Habshan Gas Processing Complex-də raket hücumundan sonra müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
18 martda İranın Buşehr vilayətindəki Assaluye bölgəsində baş verən hücum nəticəsində Cənubi Pars sahəsi qaz yatağının bəzi obyektlərində yanğınlar baş verib.
Daha sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft-qaz obyektlərinə cavab hücumları həyata keçirə biləcəyini açıqlayıb.
Bütün bu hadisələr enerji təchizatı ilə bağlı ciddi narahatlıqlar yaradaraq Avropada qaz bazarında kəskin qiymət artımına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























