ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
ABŞ-ın əczaçılıq nəhəngi Merck & Co., xərçəng dərmanları hazırlayan Terns Pharmaceuticals ilə yekun satınalma razılaşmasına gəldiyini açıqlayıb.
Şirkətin yaydığı məlumata görə, razılaşma çərçivəsində Merck öz törəmə şirkəti vasitəsilə Terns Pharmaceuticals-ı hər səhm üçün 53 dollar nağd ödənişlə, ümumilikdə 6,7 milyard dollar kapital dəyəri əsasında satın alacaq.
Əsas hədəf: qan xərçəngi dərmanları
Açıqlamada qeyd olunur ki, bu satınalma nəticəsində Terns tərəfindən xroniki miyeloid leykoz (CML) xəstələri üçün hazırlanmaqda olan TERN-701 adlı dərmanı Merck-in portfelinə daxil ediləcək.
TERN-701-in əlavə olunması ilə şirkətin hematologiya sahəsində mövqeyinin daha da güclənəcəyi vurğulanır.
Rəhbərlikdən açıqlamalar
Merck-in baş icraçı direktoru Robert Davis bildirib:
“Terns-in satın alınması, CML xəstələrinin bir hissəsinin müalicəsi üçün öz sinfində ən yaxşı olmaq potensialına malik TERN-701 vasitəsilə hematologiya sahəsində artan mövqeyimizi daha da möhkəmləndirir. Bu addım eyni zamanda portfelimizi digər müalicə istiqamətləri üzrə genişləndirmək imkanlarını araşdırdığımız bir vaxtda onkologiya sahəsində mövqeyimizi daha da gücləndirir.”
Terns Pharmaceuticals-ın baş direktoru Amy Burroughs isə qeyd edib:
“Birlikdə çalışaraq, Merck kimi qlobal biotexnoloji liderin dərin təcrübəsi və geniş resursları sayəsində TERN-701-in inkişafını daha da irəli aparacağıq və ən çox ehtiyacı olan xəstələr üçün xərçəng müalicəsində irəliləyişlərə nail olacağıq.”
Məlumata görə, satınalma prosesinin 2026-cı ilin ikinci rübündə tamamlanması gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"























