Mikayıl Cabbarov “Fiba Holdinq”in nümayəndələri ilə görüşüb, əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub.İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Fiba Holdinq”inin nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə aparılan islahatlar işgüzar mühitin daha da yaxşılaşdırılmasına və xarici investisiyaların təşviqinə geniş imkanlar açır.
Tərəflər biznes tərəfdaşlığının genişləndirilməsi və potensial əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Bərpaolunan enerji və infrastruktur layihələrində iştirak, enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.
Qeyd edək ki, Türkiyənin “Fiba Holdinq”i enerji, bank və maliyyə, daşınmaz əmlak, turizm və digər sahələr üzrə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















