"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə sərt və qeyri-etik ifadələrlə zəngin paylaşım edərək İranın elektrik stansiyaları və körpülərinə zərbələr endirəcəyini bildirib.
O qeyd edib ki, əgər çərşənbə axşamına qədər Hörmüz boğazı bütün dəniz nəqliyyatı üçün açılmasa, İran “cəhənnəmi yaşayacaq”.
Donald Tramp bildirib:
“Çərşənbə axşamı İranda həm elektrik stansiyalarına, həm də körpülərə yönəlmiş hücumların baş verəcəyi gün olacaq – hamısı bir gündə.
Bunun misli-bərabəri olmayacaq!
O lənətə gəlmiş boğazı açın, ey ağılsızlar, əks halda cəhənnəmi yaşayacaqsınız”.
Tramp müharibənin ikinci ayına daxil olduğu və Yaxın Şərqdə gərginliyin səngimədiyi bir vaxtda İranın strateji infrastrukturunu hədəfə alacağı ilə bağlı dəfələrlə hədələr səsləndirib və bildirib ki, ABŞ tələbləri yerinə yetirilməzsə, İranı “daş dövrünə” qaytara bilər.
İran isə geri çəkilmək niyyətində olmadığını göstərərək qonşu Körfəz ərəb ölkələrində iqtisadi və infrastruktur hədəflərinə zərbələr endirməkdə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















