“Qəbələ İnşaat” MMC maliyyə göstəricilərini açıqladı - Hesabatlar və müstəqil auditorun rəyi
"Qəbələ İnşaat" MMC 2025-ci ili 64 min 143 manat xalis mənfəət ilə başa vurb. Şirkət 2024-cü ili 67 min 417 manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2024-cü ildə şirkətin gəlirləri 10 milyon 357 min manat ikən, 2025-ci ildə 10 milyon 74 min manat təşkil edib.
2025-ci ildə "Qəbələ İnşaat" MMC-nin cəmi əməliyyat gəlirləri 10 milyon 357 min manat, cəmi əməliyyat xərcləri 9 milyon 993 min manat, əməliyyat mənfəəti təxminən 81 min manat (80 929 AZN) təşkil edib. Şirkət əməliyyat mənfəətindən 16 min186 manat məfəət vergisi ödəyib.
31 dekabr 2025-ci il tarixində "Qəbələ İnşaat" MMC 5 milyon 535 min manat cəmi aktivlərə malik olub. Şirkət 2024-cü ilin sonunda 4 milyon 604 min manat cəmi aktivlərə malik idi (ötən il aktivləri 931 min manat və ya 20,2% artıb).
“Qəbələ İnşaat” MMC tikinti materiallarının satışı və ixtisalaşmış tikinti-təmir fəaliyyəti ilə məşğuldur. 2010-cu ildə “Qəbələ İnşaat”ın ilk tikinti materialları satış mərkəzi, 2019-cu ildə Qəbələ Rayonu Nohurqışlaq kəndində növbəti tikinti materiallarının satış mərkəzi açılıb. “Qəbələ İnşaat” MMC 2018-ci ildən satış fəaliyyətindən başqa tikinti və təmir işlərini icra etməyə başlayıb. 2022-ci il tarixində Qəbələ şəhərində şirkətin müasir Beton Zavodu istifadəyə verilib.
“Qəbələ İnşaat” MMC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə Konsolidə olunmuş maliyyə hesabatları və müstəqil auditorun rəyi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 13 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















