Palma yağı ilə soya yağı arasındakı qiymət fərqi 2,5 ilin ən yüksək səviyyəsində
Qlobal bitki yağları bazarında diqqət çəkən proses müşahidə olunur. Marja.az xəbər verir ki, palma yağı soya yağı ilə müqayisədə son iki ilin ən yüksək diskontu ilə ticarət olunur. Analitiklərin fikrincə, bu vəziyyət bazarda yeni tələb dinamikasının formalaşmasına səbəb ola bilər.
Bloomberg məlumatlarına görə, soya yağı ilə palma yağı arasındakı qiymət fərqi ton başına təxminən 390 dollara çatıb. Bu səviyyə 2023-cü ilin oktyabrından bəri qeydə alınan ən yüksək fərq kimi qeyd olunur. Keçən il bu fərqin orta hesabla 99 dollar səviyyəsində olduğu nəzərə alınarsa, hazırkı fərqin kifayət qədər nəzərəçarpan olduğu görünür.
Sözügedən qiymət fərqinin arxasında iki fərqli dinamika dayanır. Soya yağı qiymətləri ilin əvvəlindən etibarən yüksəliş tendensiyası nümayiş etdirir. Bu artıma ABŞ-da bioyanacaq kvotalarının artırılacağı gözləntisi və Hindistan ilə əldə olunan ticarət razılaşmasının tələbi gücləndirəcəyi proqnozu təsir göstərib. İran müharibəsi ilə birlikdə artan enerji qiymətləri də bioyanacaqların cəlbediciliyini yüksəldərək soya yağı qiymətlərini dəstəkləyib.
Buna qarşılıq palma yağı bazarında daha zəif mənzərə hökm sürür. İndoneziyavə Malaziyadan güclü təklif gözləntiləri ilə yanaşı, əsas alıcı ölkələrə ixracın azalması qiymətlərə təzyiq göstərib. Malayziyanın 1–20 aprel tarixlərini əhatə edən dövrdə palma yağı ixracı əvvəlki ayla müqayisədə 26 faiz azalıb. Bu azalmaya Hindistan, Çin və Yaxın Şərq ölkələrinə ixracın azalması təsir göstərib.
Lakin yaranan bu geniş qiymət fərqi tələb tərəfində yeni hərəkətliliyi stimullaşdıra bilər. "Murji Meghan Services" şirkətində çalışan əmtəə treyderi Mitesh Saiyanın sözlərinə görə, Hindistanda ehtiyatlar azalır və alıcılar may ayı üçün hələ kifayət qədər mövqe tutmayıblar. Saiya bildirir ki, palma yağı ilə soya yağı arasındakı qiymət fərqi yaxın günlərdə hindistanlı alıcıları daha çox palma yağı almağa yönəldə bilər.
Qiymət göstəricilərinə baxdıqda, "Bursa Malaysia"da iyul palma yağı fyuçers kontraktı gün ortasında 0,4 faiz artaraq 1 ton üçün 4518 ringgit səviyyəsinə yüksəlib. İlin əvvəlindən bu yana artım 12 faizə çatıb. "Chicago Board of Trade"də soya yağı isə 0,5 faiz bahalaşaraq funt başına 69,64 sent səviyyəsinə yüksəlib. Bir gün əvvəl isə artım 2,1 faiz olmuşdu.
"Dalian Commodity Exchange"də rafinə edilmiş palm yağı 1,1 faiz bahalaşaraq 1 tonu 9592 yuan olub. Soya yağı isə 0,6 faiz bahalaşaraq 8522 yuan səviyyəsinə çatıb.
Ümumi mənzərədə soya yağı güclü tələb gözləntiləri və enerji qiymətlərinin dəstəyi ilə yüksəlişini davam etdirərkən, palma yağı təklif bolluğu və zəif ixrac səbəbilə geridə qalır. Lakin iki məhsul arasında açılan qiymət fərqi, xüsusilə Hindistan kimi böyük istehlak bazarlarında palma yağına tələbin yenidən canlanmasına səbəb ola biləcək mühüm amil kimi önə çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















