"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolu xüsusi vurğulanıb. Ölkəmizdə sahibkarlığın formalaşması və inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur.
Həmçinin qeyd olunub ki, kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor əməkdaşlığının davamlı olaraq genişlənir.
Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub.
Tədbirin sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Tədbir bədii hissə ilə başa çatıb.
Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















