Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir
Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən də tədbirlər həyata keçirilir.
ADSEA-nın yaydığı məlumatda bildirilir ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.
“mygov” platformasında hazırda mövcud olan xidmətlər:
• Abonent məlumatlarının dəyişdirilməsi,
• Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması,
• Rəqəmsal müraciət,
• Borcun araşdırılması üzrə müraciət,
• Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış),
• Su borcunun internet vasitəsilə ödənilməsi.
İnteqrasiyası davam etdirilən xidmətlər:
• Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət,
• Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti,
• Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət,
• Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması,
• Abonentə aid məlumatların verilməsi (arayış),
• Su sayğaclarının quraşdırılması müraciəti,
• Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.
Qeyd edək ki, “mygov” bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"


















