"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
(®) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyində “Dağ-mədən işlərinin şəhərsalma həllərində yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse təqdimatla çıxış edib.
Sement istehsalçılarının dayanıqlı şəhərlərin inşasında rolundan bəhs edən Henning Sasse, istehsal zamanı xammal istifadəsinə məsuliyyətli yanaşmanın əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu gün Norm şirkətinin istehsal zamanı istifadə etdiyi xammalın təxminən 80%-i ikinci dərəcəli xammaldır. Xüsusilə, daş istehsalı fəaliyyətindən əmələ gələn tullantı əhəngdaşı sement istehsalında mühüm xammal kimi istifadə olunur.
Henning Sasse vurğulayıb ki, ikinci dərəcəli xammalın uzunmüddətli təmin edilməsi sənayenin dayanıqlı inkişafı üçün vacibdir. Bu kontekstdə, Norm Sement zavodunun əhəngdaşı tullantılarına uzunmüddətli əlçatanlığının olmasının, ən yaxşı halda, 50 ilə qədər müddətdə ehtiyat və təchizatın mövcudluğunun əhəmiyyətini qeyd edib. O, bildirib ki, dayanıqlı şəhərsalmanın əsas şərtlərindən biri istehsal proseslərinin dairəvi iqtisadiyyatı dəstəkləməsini təmin etməkdir.
Bundan əlavə, o, sement sənayesində alternativ yanacaqların istifadəsinin artırılmasının vacibliyindən danışıb. Bu yanacaqların hazırda istehsal zamanı istifadə olunan təbii qazı qismən əvəz edə biləcəyindən, bunun da Azərbaycanın həmin qaz ehtiyatlarını ölkə daxilində, yaxud ixrac və digər məqsədlər üçün istifadə etməsinə imkan verəcəyindən bəhs edib. Bu baxımdan, Norm və bütövlükdə sement sənayesinin alternativ yanacaqlardan istifadəsinin sement istehsalçılarına fayda verməklə yanaşı, Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini bildirib.
O, əlavə edib ki, sement sektorundakı innovasiyalar və əldə edilən irəliləyişlər bu yanaşmanın tətbiqini genişləndirir: “Norm məhsulları dayanıqlı inkişafı dəstəkləyir. Beynəlxalq təcrübəyə uyğun olaraq biz CO2 emissiyaları aşağı olan sement və beton məhsullarını bazara təqdim etməyə artıq başlamışıq. Məhsullarla yanaşı, biz inşaat tərəfində də müəyyən işlər görürük, memarlarla əməkdaşlıq etməklə və beynəlxalq standartları qəbul etməklə, şəhərlərin dayanıqlı inşası üçün addımlar atırıq.”
Henning Sasse, çıxışının sonunda, qoyulan hədəflərə çatmaq üçün digər lazımi amilləri, eləcə də qanunvericilik, siyasət və standartlara olan ehtiyacı da vurğulayıb.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
2 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
3 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 3 saat əvvəl
-
5 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
5 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Ən çox oxunanlar
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
Qızıl sülh xəbəri ilə bahalaşır
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır






















