Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in Prezidenti Murat Kurum arasında görüş olub.
COP29-un Prezidenti Muxtar Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə liderlərinin qardaşlığı və siyasi iradəsinin gücü ilə münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında neft-qaz, elektrik enerjisi və enerji bağlantıları sahələrində uzunmüddətli strateji enerji tərəfdaşlığının hazırda enerji səmərəliliyi üzrə genişlənməsindən məmnunluq ifadə edilib.
Azərbaycan-Türkiyə Enerji Forumunun əsas istiqamətlərindən biri olan enerji səmərəliliyi sahəsində fəal əməkdaşlıq həyata keçirildiyi və Türkiyə təcrübəsinin faydalı olduğu bildirilib. Söhbət zamanı Azərbaycanın enerji səmərəliliyi ilə bağlı həyata keçirdiyi tədbirlər, “Enerji Effektivliyi Fondu” barədə məlumat verilib. Ölkəmizin COP təcrübəsini qardaş Türkiyə ilə bölüşməyə hazır olduğu diqqətə çatdırılıb.
Görüşdən sonra “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar.
Anlaşma Memorandumu binalarda enerji səmərəliliyinə dair qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 15 saat əvvəl
-
16 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















