Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 110,33 dollardan satılır.
Marja xəbər verir ki, dünən 112,72 dollara qədər yüksələn Brent neftinin bir barelinin qiyməti günü 112,10 dollardan tamamlamışdı.
Bu gün Brent neftinin fyuçers qiyməti təxminən 1,6 faiz azalaraq 110,33 dollar ətrafında ticarət olunur (Bakı vaxtı ilə saat 19:40 olan məlumat). West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli isə 103,59 dollardan alıcı tapır.
Qiymətlərdəki enişə ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırdığı hücumu təxirə salması və Rusiya neftinin alınması ilə bağlı sanksiya istisnasının uzadılması təsir edib.
Tramp Yaxın Şərqdə bəzi ölkələrin İranla apardığı danışıqlarda razılaşmaya yaxın olduqlarını bildirərək deyib: “İrana yeni hücumu bir müddətlik təxirə saldım, ümid edirəm ki, həmişəlik olar, amma yəqin ki, yalnız bir müddətlikdir.”
Tramp Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ona zəng edərək İranla apardıqları danışıqlarda “razılaşmaya yaxın olduqlarını” bildiriblər. Bu səbəbdən planlaşdırılan İran hücumu təxirə salınıb.
Bundan əlavə, ABŞ-ın maliyyə naziri Scott Bessent İran müharibəsi səbəbindən enerji çatışmazlığı yaşayan ölkələrə Rusiya nefti almağa imkan verən sanksiya istisnasının 30 gün uzadıldığını açıqlayıb.
Bu qərar sayəsində tankerlərdə gözləyən Rusiya nefti və neft məhsulları ABŞ-ın Rusiya enerji şirkətlərinə tətbiq etdiyi ağır sanksiyalar pozulmadan müvəqqəti olaraq bazara çıxarıla biləcək.
Bessent X platformasındakı paylaşımında bildirib: “Bu uzadılma əlavə çeviklik təmin edəcək və ehtiyac yarandıqca bu ölkələrlə müəyyən lisenziyaların verilməsi üzərində işləyəcəyik. Bu ümumi lisenziya fiziki xam neft bazarının sabitləşməsinə kömək edəcək və neftin enerji baxımından ən həssas ölkələrə çatmasını təmin edəcək.”
Texniki baxımdan Brent neftində 111,49 dollar müqavimət, 109,26 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
56 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
2 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
3 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
3 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
3 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
4 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























