PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində yeni kredit məhsulu təqdim edir
PAŞA Bank və PAŞA Həyat əməkdaşlığı çərçivəsində “Həyatın Yaşam Sığortası” (HYS) sahibi olan müştərilər üçün yeni kredit məhsulu təqdim olunur.
Məhsul müştərilərə HYS hesabındakı yığım vəsaitini təminat kimi göstərərək daşınmaz əmlak krediti əldə etmək imkanı yaradır.
Əsas üstünlük ondan ibarətdir ki, müştəri uzunmüddətli yığımına toxunmadan - müqaviləni dayandırmadan və ya vəsaiti vaxtından əvvəl çıxarmadan - həmin yığımı kredit üçün təminat kimi istifadə edə bilir. Beləliklə, müştəri həm yığımını qoruyub saxlayır, həm də daşınmaz əmlak sahibi olur.
Kredit AZN və USD valyutalarında verilir. AZN üzrə illik faiz dərəcəsi 12,5%, USD üzrə isə 7,5%-dir. Minimum kredit məbləği 10.000 AZN və ya onun ekvivalentidir. Kreditin müddəti sığorta şəhadətnaməsinin qüvvədə olduğu dövrü əhatə edir. Əlavə üstünlük isə rəsmiləşdirmə komissiyası tutulmur, iş stajı və mövcud kredit yükü nəzərə alınmır.
Əldə edilə biləcək kredit məbləği HYS şəhadətnaməsinin neçə ay aktiv olduğundan asılıdır - yığım müddəti nə qədər uzun olarsa, kredit imkanı bir o qədər yüksək olur.
Məhsul haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.
Qeyd edək ki, HYS uzunmüddətli həyat yığım sığortasıdır. Müştəri müəyyən müddət ərzində müntəzəm ödənişlər edir, müddətin sonunda isə yığılmış vəsaiti investisiya gəlirləri ilə birlikdə geri alır.
PAŞA Bank 2007-ci ildə təsis edilib və bu gün Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ, kiçik və orta biznes müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və klassik bank xidmətləri göstərir. PAŞA Bank Azərbaycanla yanaşı, Gürcüstan və Türkiyədə də göstərir.
PAŞA Həyat PAŞA Holdinqin tərkibində fəaliyyət göstərən həyat sığortası şirkətidir. Şirkət uzunmüddətli həyat yığım sığortası məhsulları vasitəsilə müştərilərə gələcəyə planlaşdırılmış maliyyə təminatı yaratmaq imkanı təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















