Birbank və “Bir Kredit” BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
Rəsmi gəliri olmayan şəxslər də bu fürsətdən yararlana bilərlər.(®) Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir. “Bir Kredit” BOKT (Bank Olmayan Kredit Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha əlçatan lizinq imkanını təqdim edir.
“Bir Kredit” BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə tərəfdaşlıq çərçivəsində yeni lizinq xidmətini istifadəyə verib.
Yeni xidmət sayəsində müştərilər həm yeni, həm də istehsal ili 5 ilə qədər olan işlənmiş avtomobilləri minimum 0%-dən başlayan ilkin ödənişlə, 100 000 AZN-dək maliyyələşmə məbləği ilə əldə edə və ödənişi 60 aya qədər hissələrlə həyata keçirə bilərlər.
Xidmətin əsas fərqləndirici cəhətlərindən biri onun daha geniş auditoriya üçün əlçatan olmasıdır. Belə ki, rəsmi gəliri olmayan şəxslər də bu fürsətdən yararlana bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi olmağı daha çox insan üçün əlçatan etməyi hədəfləyir.
Digər mühüm üstünlük isə prosesin sadəliyidir. Lizinq rəsmiləşdirilməsi birbaşa avtomobil salonunda həyata keçirilir. Bu isə əlavə sənəd toplamağa, banka getməyə və vaxt itirməyə ehtiyac qalmadan, avtomobili seçdiyiniz anda maliyyələşdirməni tamamlamağa imkan verir.
Birbank-ın rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir. Müştərilər prosesi daha sürətli, rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Yeni lizinq imkanı çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş əlçatanlığı ilə avtomobil əldə etmə prosesinə yeni baxış gətirir.
Lizinq xidmətindən yararlanmaq istəyənlər daha ətraflı məlumat üçün Birbank mobil tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş avtomobil salonlarına yaxınlaşa bilərlər.
Ətraflı məlumat üçün: https://www.b-b.az/ZomFov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















