Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Dövriyyədə olan pul 19,6 milyard manata yüksəlib2025-ci ildə dövriyyədə olan kağız və metal pulların cəmi həcmi 17 milyard 449 milyon 91 min manatdan 19 milyard 563 milyon 427 min manata yüksəlib. Artım 2 milyard 114 milyon 336 min manat və ya 12,1% təşkil edib.
Bu barədə Marja.az Azərbaycan Respublikasının Mərkəzi Bankının 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Dövriyyədə olan kağız və metal pullar 2024-cü ildə 130 milyon 896 min manat artmışdı.
Dövriyyədə olan kağız və metal pul nişanları Mərkəzi Bankın qanunvericilikdən irəli gələn funksiyalarına uyğun olaraq tədavülə buraxılan pul nişanlarını əks etdirir. Dövriyyədə olan kağız və metal pul nişanları maliyyə hesabatında nominal dəyərlə əks olunur və buraya Mərkəzi Bankın xəzinələrindəki kağız və metal pul nişanları daxil edilmir.
Dövriyyədə olan kağız və metal pullar Bank tərəfindən Azərbaycan Respublikasının milli valyutasında buraxılmış pul nişanlarıdır. Bu, 1 yanvar 2006-cı il tarixindən dövriyyəyə buraxılmış yeni nümunəli Azərbaycan manatı (AZN), 1992-ci ildə milli valyuta tətbiq edildikdən etibarən dövriyyəyə buraxılmış və hazırda tədavüldən çıxarılmış köhnə nümunəli Azərbaycan manatı (AZM) və tədavülə buraxılmış yubiley və xatirə pul nişanlarının nominal dəyərlərinin cəmidir.
31 dekabr 2025-ci il tarixində tamamlanan il ərzində Bank çap şirkətlərindən 3 milyard 26 milyon 808 min AZN (2024: 84 milyon 140min AZN) məbləğində yeni kağız və metal pul nişanları təhvil almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























