Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
ABŞ ilə İranın sülh razılaşmasına gəlmələri ehtimalına dair artan bədbinlik və Yaxın Şərqdə yenidən şiddətlənən münaqişələrin təsiri ilə daha da bahalaşıb.
Marja xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti 97 dollara yaxınlaşarkən, ABŞ xam nefti — WTI həftənin ilk iki ticarət günündə 7%-dən çox bahalaşdıqdan sonra 95 dollar ətrafında ticarət olunub.
İsrailin Livana qarşı hücumlarını davam etdirməsi Vaşinqton ilə Tehran arasında uzun müddətdir davam edən, lakin kövrək vəziyyətdə olan danışıqları təhlükə altına salıb. İran da ətraf ölkələrə raket hücumları həyata keçirib.
İsrail ilə Livan arasında yeni danışıqlar raundunun çərşənbə günü keçirilməsi planlaşdırılır. ABŞ Prezidenti Donald Tramp isə Vaşinqtonun Tehranla yaxın vaxtlarda müvəqqəti sülh razılaşmasına gələ biləcəyi ilə bağlı hələ də nikbin olduğunu bildirib. Tramp İran dövlət mediasında yer alan və Livandakı münaqişələr səbəbindən ABŞ ilə danışıqların dayandırıldığını iddia edən xəbərləri də təkzib edib.
Mövcud atəşkəsin uzadılıb-uzadılmayacağına və Hörmüz boğazından neft və qaz daşınmasının gələcəyinə dair qeyri-müəyyənlik neft qiymətlərində dalğalanmaya səbəb olub. Ötən ay mümkün razılaşmaya dair nikbinliklə geriləyən qiymətlər həll prosesinin gecikməsi ilə yenidən yüksəlişə keçib. Prosesin uzanması, Fars körfəzindən ixracın tam normallaşması gözlənildiyi bir vaxtda, dünyanın neft ehtiyatlarına daha çox müraciət etmək məcburiyyətində qala biləcəyi ilə bağlı narahatlıqları artırır.
Bir sıra analitiklər bidirir ki, ABŞ ilə İran arasındakı fikir ayrılıqları neft axınlarının normallaşmasını təmin edəcək razılaşmanın hələ də uzaqda olduğunu göstərir. Xüsusilə mövsümi olaraq tələbin gücləndiyi üçüncü rübə yaxınlaşarkən risklər yuxarı istiqamətlidir.
Digər tərəfdən, Yaxın Şərqdə münaqişələr gərginləşməkdə davam edir. İranın Küveyt və Bəhreynə ballistik raketlər atdığı, raketlərin bir qisminin hədəfə çatmadan parçalandığı və ya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu bildirilib. Həmçinin ABŞ Mərkəzi Komandanlığının — CENTCOM-un X platformasındakı paylaşımlarına görə, Amerika qüvvələri İranın nəzarətində olan Keşm adasına da hücumlar təşkil edib.
ABC News-un mövzuya yaxın mənbələrə istinadən verdiyi xəbərə görə, Tramp müharibəni sona çatdırmağa yönəlmiş ilkin razılaşmanın bir hissəsi kimi İranın müəyyən nüvə güzəştlərini yazılı şəkildə öhdəsinə götürməsini istəyir. Xəbərdə Tehran administrasiyasının daha əvvəl nüvə proqramı ilə bağlı bəzi şərtləri qəbul edəcəyinə dair şifahi təminat verdiyi qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 14 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"



















