Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
Azərbaycanın aqrar-sənaye sektorunda mühüm rəhbər təyinatı baş tutub.
Marja xəbər verir ki, ölkənin kənd təsərrüfatı sahəsində innovativ layihələri və genişmiqyaslı investisiyaları ilə tanınan "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə uzunillik idarəetmə təcrübəsinə malik Rövşən Mahmudov təyin olunub.
Yeni təyinata qədər rəhbərlik etdiyi "Prime Cotton" MMC-də Rövşən Mahmudov həm beynəlxalq bazarlara uğurlu çıxışın təmin olunması, həm də rekord istehsal göstəricilərinin əldə olunması ilə tanınmışdır. Onun rəhbərliyi altında şirkət yeni ixrac bazarlarına çıxmış, beynəlxalq sertifikatlar əldə etmiş və 2025-ci il mövsümündə 152671 ton xam pambıq tədarük etməklə tarixinin ən yüksək məhsuldarlıq nəticəsinə nail olmuşdur.
"Grand Agro" haqqında
"Grand Agro" Azərbaycanda müasir bağçılıq, intensiv kənd təsərrüfatı və aqrar layihələrin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət qabaqcıl texnologiyalar, müasir infrastruktur və innovativ yanaşmalar vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















