Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
Mikayıl Cabbarov: "Yaxın aylarda dünyanın tanınmış texnoloji tərəfdaşları ilə yeni data mərkəzlərinin anonsları veriləcək"Azərbaycanda süni intellektin tətbiqini nəzərdə tutan yeni data mərkəzləri ilə bağlı yaxın aylarda mühüm elanların verilməsi gözlənilir.
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı ilin yanvarında Davos İqtisadi Forumunda, həmçinin fevral ayında Münxen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərin nəticəsi olaraq texnoloji tərəfdaşlarla aparılan işlər yekun mərhələyə yaxınlaşıb.
“Mən öncədən hansısa böyük anonslar vermək istəməzdim. Amma bildirmək istəyirəm ki, bu ilin əvvəlindən sürətləndirilmiş və yekun mərhələdə olan işlərin nəticəsində yaxın aylarda tanınmış, hətta məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzlərinin, süni intellektin tətbiqini nəzərdə tutan data mərkəzlərinin elanı olacaq”, - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir bildirib ki, Azərbaycanda superkompüter infrastrukturunun inkişafı və ondan istifadə istiqamətində işlər uğurla həyata keçirilir.
Onun sözlərinə görə, hazırda İqtisadiyyat Nazirliyində mövcud olan superkompüterdən istifadə üzrə dövlət qurumları və özəl sektordan daxil olan sorğuların həcmi mövcud texniki imkanları üstələyir.
“Bu, çox yaxşı xəbərdir. Bu onu göstərir ki, iqtisadiyyatda, elmi və təhsil sistemində, dövlət idarəçiliyində, tibbi xidmətlərin göstərilməsində, vergi və gömrük fəaliyyətinin tənzimlənməsində, eləcə də bir sıra digər mühüm sahələrdə süni intellektə əsaslanan həllərin tətbiqi böyük sürətlə artır”, - deyə nazir vurğulayıb.
Mikayıl Cabbarov qeyd edib ki, rəqəmsal transformasiya və süni intellektə əsaslanan həllərin geniş tətbiqi insan kapitalının inkişafı ilə birbaşa bağlıdır.
Nazirin sözlərinə görə, süni intellekt əsaslı tətbiqlərin hazırlanması, mövcud bizneslərdə əlavə dəyərin artırılması və yeni bizneslərin yaradılması elmi-təhsil sistemi, universitetlər və xarici tərəfdaş ali məktəblərlə əməkdaşlığın dərinləşdirilməsini zəruri edir.
O bildirib ki, bu istiqamətdə əsas məqsəd süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə inteqrasiyasını sürətləndirmək, dövlət və özəl sektorun texnoloji imkanlarını genişləndirmək, eləcə də yeni nəsil rəqəmsal bacarıqlara malik insan kapitalını formalaşdırmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















