Yenidən 150 dollar ssenariləri gündəmdədir
Enerji bazarı üzrə konsaltinq şirkəti FGE NexantECA-nın qiymətləndirməsinə görə, Hörmüz boğazı avqust ayınadək faktiki olaraq bağlı qalarsa, neftin qiyməti bir barel üçün 150 ABŞ dollarına yüksələ bilər.Enerji bazarı üzrə konsaltinq şirkəti FGE NexantECA-nın fəxri sədri Fereidun Fesharaki Bloomberg TV-yə açıqlamasında bildirib:
“Hörmüz boğazı açılmasa, ilin sonunadək qiymətlər 150-200 dollar aralığına, hətta 200 dollara yaxın səviyyəyə çata bilər. Lakin bunun üçün ilin sonunadək gözləməyə ehtiyac yoxdur. Qiymətlərin bir barel üçün 150 dollara yüksəlməsi üçün iyul və ya avqust ayı kifayət edəcək”.
Marja xəbər verir ki, Fesharaki mart ayının sonlarında boğazın bağlı qalacağı təqdirdə qiymətlərin altı-səkkiz həftə ərzində 150-200 dollar səviyyəsinə çatacağını proqnozlaşdırmışdı. Həmin proqnoz reallaşmadı. Brent markalı xam neftin qiyməti aprel ayının sonunda 126 dollaradək yüksəldi, daha sonra isə 90 dolların orta səviyyələrinə gerilədi. Lakin bu dəfə yay tətili mövsümü sürətlə yaxınlaşdığı bir vaxtda qlobal ehtiyatlar daha da azalıb.
Əvvəllər dünya neft ixracının təxminən beşdə biri Hörmüz boğazından keçirdi. Lakin fevral ayının sonlarında Yaxın Şərqdə müharibənin başlamasından bəri daşımalar dayanma həddinə çatıb. Beynəlxalq Enerji Agentliyi bunu tarixin ən ağır təklif şoku kimi qiymətləndirib.
ABŞ Enerji İnformasiyası Administrasiyası açıqlayıb ki, ABŞ-ın xam neft ehtiyatları ardıcıl yeddinci həftədir azalır. Oklahoma ştatındakı saxlama mərkəzində ehtiyatlar isə əməliyyat minimumu səviyyəsinə yaxınlaşıb.
Fesharaki bildirib: “Ehtiyatlar böyük ehtimalla iyulun ortalarınadək, ən gec isə iyulun sonunadək minimum səviyyəyə çatanda bazarda təzyiq nöqtəsi yaranacaq. Məhz o zaman qiymətlərdə böyük artımlar görəcəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 12 saat əvvəl
-
12 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















