Bir dəfə əkib 3 mövsüm məhsul toplayırlar
Cəlilabad rayonunda çiyələk kolları sahələrə köçürülür. Bu işlərə artıq bir həftədir başlanılıb. Fermerlər müddəti bitmiş sahələrin yerini dəyişib, yeni sahələr salırlar.
Təsərrüfat sahibləri bildirir ki, sahələr üç ildən bir dəyişməlidir. Gücdən düşmüş əkin sahələrində isə taxıl əkilir. Bu torpağın yenidən dirçəlməsi üçün edilir.
Çiyələk xüsusiyyətinə görə digər bitkilərdən fərqlənir. Fermerlər deyir ki, çiyələyi bir dəfə əkib üç mövsüm məhsul toplamaq olar. Amma gərək vaxtı-vaxtında becərəsən.
Fermer Səbuhi Cabbarov: “Burada bunu əkirik. Təzə əkin sahəsidir. 3 il davam edəcək, 3 il bunun meyvəsini yığacağıq. 3 ildən sonra yenə də yerdəyişmə olacaq.”
Hazırda təsərrüfatlarda istixana şəraitində əkin aparılır. Fermer Səbuhi Cabbarov deyir ki, bir hektar çiyələk sahəsinin ətrafını xüsusi təyinatla bürümək 7000 manata başa gəlsə də ümumilikdə üç il becərmə işləri zamanı xərclənən vəsait üç dəfəyə qədər artır. Bu fermerlərə çox sərf edir.
Fermer Səbuhi Cabbarov: “Bunun fərqi odur ki, bu örtüyün - suyu buna az verirsən. Buxarlanma az olur. Kötüyü isti saxlayır ki, yazda açıqdan 5 gün 10 gün qabaq çıxır.”
Bundan başqa əsas üstünlük ondadır ki, sahələrdə zərərverici otlar yaranmır. Çiyələyin xüsusi əkin qaydası mövcuddur və bu qaydaya ciddi əməl edilməlidir.
Fermer Səbuhi Cabbarov: “Birinci il şitillərimiz var ki, onlar bığ verirlər, vəçə verirlər yəni bala verdi ki, ordan çıxardırıq təmizləyirik, gətiririk burada təzə əkin sahəsi artırırıq.Və sahəni bu üsulla genişləndiririk.”
Bu mövsüm Cəlilabadda 60 hektar ərazidə yeni çiyələk sahələri salınıb. Bu bağları salmaq üçün lazım olan avadanlıqlar, şitillər və dərmanlar isə Türkiyədən gətirilir. Fermer deyir ki, çiyələk əkini zamanı əsasən “albion”, “sabrina” sortlarına üstünlük verirlər.
Fermer Səbuhi Cabbarov: “Bu şitili yerə əkirik. Əkəndən sonra yerə qoyduğumuz hər bir kol 8-12 ədəd məhsul verə bilər. İlk baharı yığıandan sonra onun kənarlarından vəçə verir. 10 ədəd vəçə olur və bu vəçənin hər biri 8-10 ədəd məhsul verir ki, bu da məhsuldarlığı artırır.”
Cəlilabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitkiçilik Sektorunun müdiri Fizuli Əliyevin verdiyi məlumata görə bu il rayonda 420 hektar əkin sahəsində çiyələk əkilib və hər hektardan orta hesabla 9 ton 850 kq çiyələk yığılıb.Ümumilikdə rayon üzrə fermerlər bazara 4137 ton məhsul çıxarıblar.
©ARB
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 11 d. əvvəl
- 26 d. əvvəl
-
40 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ən çox oxunanlar
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"


























