Mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb.
“Bakutel-2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 13 noyabr tarixində Açıq Hökumət Məlumatlarından istifadə etməklə “Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiqlərin hazırlanması müsabiqəsininin qalibləri mükafatlandırılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, müsabiqənin məqsədini Azərbaycan Respublikasının “Açıq Hökumət Məlumatları” (data.gov.az) portalındakı məlumatlar əsasında yeni mobil tətbiqlərin hazırlanması, Açıq Hökumət Məlumatlarından rahat istifadə, sosial yönümlü və innovativ ideyaların dəstəklənməsi və startap layihələrinin təşviq edilməsi olub.
Müsabiqəyə 11 qrup və 8 nəfər fərdi olaraq hazırladıqları maraqlı mobil tətbiqlərlə qatılıblar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin və Yüksək Texnologiyalar Parkı MMC-nin, “Best Comp Group”, “Microsoft” şirkətlərinin mütəxəssislərindən ibarət münsiflər heyəti iştirakçıların müsabiqəyə təqdim etdiyi mobil tətbiqləri qiymətləndiriblər. Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan mobil tətbiqlər sosial əhəmiyyət, funksionallıq, tamlıq, dizayn və məzmun baxımından dəyərləndirilib.
Qeyd edək ki, mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.
Münsiflər heyətinin qərarı ilə “Plus Group” komandası – I yer, “The Dev Squad” komandası – II yer, “No Name” komandası – III yerə layiq görülüblər. Məlumat Hesablama Mərkəzi tərəfindən birinci yerin sahibinə 2000 AZN, ikinci yerin sahibinə 1500 AZN, üçüncü yerin sahibinə isə 1000 AZN pul mükafatı, kuboklar və diplomlar təqdim edilib. Bütün iştirakçılara isə elektron imza sertifikatı hədiyyə olunub.
Müsabiqədə iştirak edən bütün tələbələr isə “Microsoft BizSpark” layihəsi çərçivəsində “Microsoft”un masaüstü proqramlarını, server həllərini və bulud imkanlarını əldə ediblər. Yüksək Texnologiyalar Parkı isə 2 layihənin müəllifləri - I və II yer sahiblərinə - 6 ay ərzində inkubasiya mərkəzində ödənişsiz ofisdən istifadə imkanı yaradıb.
Tədbirdə iştirak edən qonaqlar ölkəmizdə Açıq məlumatlar sənayesinin inkişaf mərhələsinə başladığını, son illər gənclərin bu sahəyə marağının daha da artdığını və bu kimi müsabiqə və layihələrin gəncləri daha da həvəsləndirdiyini vurğulayıblar. Sonda qaliblərlə birlikdə xatirə şəkilləri çəkilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
16 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 18 saat əvvəl
-
19 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"


















