Banklar Assosiasiyası “Marja.az”ı mükafatlandırıb
Azərbaycan Banklar Assosiasiyası (ABA) quruma üzv təşkilatları və tərəfdaşlarını mükafatlandırıb. Mükafatlandırılanlar sırasında "Marja.az" da var.
Dekabrın 21-də Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Bankçılıq Mükafatları 2017"nin təqdimatı keçirilib. Azərbaycan Banklar Assosiasiyası (ABA)prezidenti Zakir Nuriyev 2017-ci ildə bank sektorunun fəaliyyəti barədə məlumat verib, tərəfdaş qurumlara fəal əməkdaşlığa görə təşəkkürünü bildirib.
Zakir Nuriyev 2017-ci ili Azərbaycan bank sektoru üçün kifayət qədər çətin, lakin, eyni zamanda, baş vermiş proseslərdən sonra irəliyə doğru ilk addımların atıldığı il kimi səciyyələndirib. Bildirib ki, il ərzində bank sektorunda bir çox irəliləyişlər baş verib. Bu irəliləyişlər sırasında əsasən bank sektorunun kapitalının artmasını və bank sektorunda işçi sayının yenidən bərpasını qeyd etmək olar. ABA-nın prezidenti çari ildə bank sektoru və onun üzvlərinin fəaliyyətinin əlaqələndirilməsi, əməkdaşlığın daha da yaxşılaşdırılması istiqamətində Assosiasiya tərəfindən bir sıra işlərin göründüyünü diqqətə çatdırıb.
Azərbaycan Banklar Assosiasiyası quruma üzv təşkilatları və tərəfdaşlarını aktiv əməkdaşlığa görə müxtəlif nominasiyalar üzrə mükafatlandırıb. "Marja" Biznes və Maliyyə Xəbərləri Porrtalı (Marja.az) “Media Partnyoru” nominasiyası üzrə mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















