Əsas ixracatçı şirkətlərin reytinqi açıqlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin fevral ayı üçün sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon ABŞ dolları). Yanvar ayı ərzində Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xurma (13 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon milyon ABŞ dolları olub.
Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz, meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.
“İxrac İcmalı”nın fevral sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin də reytinqi verilib. 2018-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “"Aqrodoctor" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, "Baku Steel Company" MMC, "Azagroeksport 2017" MMC, "Food export Şəmkir" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC və “İlham-M” MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə 8 şirkət fərqlənib. Bunlar ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC-dir.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.
İİTKM-in departament rəhbəri Ramil Hüseyn bildirir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların aylar üzrə bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 70 faiz artaraq 1 milyard 22 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin yanvar ayı ərzində Azexport.az portalına 81.5 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin 01 yanvar tarixindən 2018-ci ilin 31 yanvar tarixinə kimi Azexport.az portalına dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556.6 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (22 %), Türkiyə (8%), Ukrayna (8%), Səudiyyə Ərəbistanı (6%) və Birləşmiş Ərəb Əmirlikləri (6%) qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub.
“İxrac İcmalı”nda düynada ilk dəfə Azərbaycanda onlayn vahid ixrac ərizəsinin tətbiqinə başlanılması, Kənd Təsərrüfatı Nazirliyi dünya bazarlarına soğan ixracı ilə bağlı araşdırması, Azərbaycan məhsulları “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində təmsil olunması, İİTKM –də “Digital Marketinq” mövzusunda təlim keçirilməsi, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların sayı artması və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
1 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
3 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
4 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
-
4 saat əvvəl
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
-
4 saat əvvəl
AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Ən çox oxunanlar
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb - "İqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldik"
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb























