Azərbaycanda böyük məbləğli ödəniş gözlənilir - 1 milyon 250 min dollar
Azərbaycanın qiymətli kağızlar bazarında daha bir böyük məbləğli ödəniş gözlənilir. SOCAR İstiqrazlarının sahiblərinə aprelin 17-də növbəti faizlər ödəniləcək.
"SOCAR Capital" şirkətinin məlumatına əsasən, həmin tarixdə SOCAR İstiqrazına sahib olan investorlara hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək.
Şirkətin investisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov bildirilib ki, bu, istiqraz sahiblərinin ümumilikdə 6-cı faiz ödənişidir: "2017-ci ildə həyata keçirilən 4 faiz ödənişi nəticəsində SOCAR İstiqrazlarının sahibləri 5 milyon dollar gəlir götürüblər. Aprelin 17-də həyata keçiriləcək faiz ödənişi ilə onların ümumi gəliri 7,5 milyon dollara çatacaq".
"SOCAR Capital"ın departament direktoru bildirib ki, istiqrazlar üzrə faiz ödənişləri əvvəlcədən müəyyən olunan qrafik üzrə ciddi intizamla həyata keçirilir: "SOCAR İstiqrazlarınnı buraxılışı və onlarla təkrar bazar əməliyyatlarının başlanması tarixinə uyğun olaraq istiqrazlar üzrə ödəniş tarixləri də məlumdur. Bir qayda olaraq ödənişə tələb olunan vəsait bir neçə gün əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülür və ödəniş günü həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olur".
SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib. İstiqraz sahibləri bu imkandan yararlanır və REPO əməliyyatlarının həcmi sürətlə artır.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























