“Bakcell” və “AFFA”dan “Bakcell Arena” ilə bağlı yeni qərar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.
Əldə edilmiş razılığa əsasən qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.
Təməli 2013-cü ildə qoyulmuş Bakcell və AFFA əməkdaşlığı çərçivəsində Azərbaycanda futbolun inkişafı üçün bir sıra mühüm layihələr həyata keçirilib. Bu birgə fəaliyyət Azərbaycan futbolunun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. 2012-ci ildən 2018-ci ilə qədər “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım tərəfdaşı olmuş Bakcell daha sonra müxtəlif böyük və uzunmüddətli layihələr üzrə AFFA ilə əməkdaşlığa başlayıb, Azərbaycanın milli futbol komandalarının sponsoru olub. Bakcell və AFFA-nın birgə təşkil etdiyi “Mançester Yunayted Futbol Məktəbi” və həyata keçirdiyi “Futbol Bakcell ilə” və “Mançester Yunayted Yay Futbol Məktəbi” layihələri sayəsində ölkə üzrə gənc istedadlar futbol üzrə bilik və bacarıqlarını artırmaq imkanı qazanıb. Həmçinin, Bakcell şirkəti 2016-cı ilin may ayında Bakıda keçirilən “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”nın və digər nüfuzlu tədbirlərin rəsmi sponsoru və mobil rabitə partnyoru olub.
Azərbaycanın gənclərinə daim dəstək olan Bakcell ölkədə idmanın inkişafına öz töhfəsini vermək məqsədilə AFFA ilə əməkdaşlıq etməkdən məmnun olduğunu bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 13 saat əvvəl
-
14 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















