Ötən ili 15 milyon manatdan çox mənfəətlə başa vurub
2017-ci ildə "Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu"nun aktivləri 958 mln. 384,494 min manata çatıb ki, bu da 2016-cı il ilə müqayisədə 27,79% və ya 179 mln. 266,301 min manat çoxdur. Bu barədə Fondun maliyyə hesabatında deyilir.
Aktivlərin strukturunda ən böyük payı ipoteka kreditləri təşkil edir. Belə ki, hesabat dövründə ipoteka kreditləri 683 mln. 691,072 min manat olub.
Fond ötən öhdəliklərini artırıb. Belə ki, 2018-ci ilin əvvəlinə Fondun öhdəlikləri 545 mln. 194,498 min manat olub ki, bu da ötən il ərzində 58,51% və ya 201 mln. 244,745 min manat artımdan xəbər verir. Buraxılmış qiymətli kağızlara görə öhdəliklər 538,590mln.manat,digər öhdəliklər 6,605 mln. manat təşkil edir.
Fond ötən il ərzində nizamnamə kapitalını 19,13% və ya 58,761 mln. manat artıraraq 366 mln. manata çatdırıb. Bununla yanaşı, cəmi kapital 18,69% və ya 65 mln. 56,310 min manat artaraq 413 mln. 189,896 min manat təşkil edib.
Hesabat döründə Fondun faiz gəlirləri 36,244 mln. manat, faiz xərcləri isə 12,771 mln. manat olub. Fond ötən ili 15 mln. 56,310 min manat mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 2,1 dəfə çoxdur.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
2 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
4 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
11 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























