NIKOIL | Bank təcrübə proqramını uğurla həyata keçirir
2017-ci ilin aprel ayından başlayaraq NIKOIL | Bank ali məktəbi yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadların cəlb edilməsi üçün təcrübə proqramının həyata keçirilməsinə başladı. Bu dövr ərzində təcrübə proqramını 58 nəfər uğurla keçmiş, onlardan 26-ı artıq daimi işlə təmin olunmuşdu.
Proqram zamanı həmin gənclər müxtəlif şöbələrdə təcrübə keçmiş və beləliklə NIKOIL | Bank komandasının bir üzvünə çevrilmişdi. Onlara iş təcrübəsi ilə yanaşı, yeni bilik və bacarıqlara yiyələndikləri korporativ bank mühitində işləmək imkanı təqdim olunmuşdu. NIKOIL | Bankın bütün komandası gənc kadrların inkişafında fəal iştirak edir və onlara hərtərəfli dəstək verir.
Təcrübə proqramı hazırda davam edir və NIKOIL | Bank təcrübə qazanmaq istəyən istedadlı gəncləri növbəti seçimlərdə iştirak etməyə dəvət edirik. Bütün maraqlanan şəxslər məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına tərcümeyi-hallarını göndərməlidir.
NIKOIL | Bank Bakı və Azərbaycanın regionlarında satış şəbəkəsi olan etibarlı maliyyə-kredit təşkilatıdır. Bank fiziki və hüquqi şəxslərə bank xidmətlərinin bütün növlərini təklif edir. Bankın məhsulları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az saytına daxil olaraq və ya (012) 981 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/nikoilbank
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
49 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq sazişlər imzalanacaq
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
1 saat əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Ən çox oxunanlar
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb





















