Azərbaycan neftə tələbatının 5%-ni ödəyir
Ötən illər ərzində Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında danışıqlarda artım müşahidə edilib.
Bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
R.Məmmədov Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsindən də danışıb: "Azərbaycanın ticarət dövriyyəsinin 42%-i Aİ ölkələrinin payına düşür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 9,4 mlrd. dollar təşkil edib. Bu ilin 4 ayında dövriyyənin həcmində ötən ilin dörd ayı ilə müqayisədə 15% artım qeydə alınıb. Aİ-nin neftə olan tələbatının 5%-ni Azərbaycan ödəyir. Aİ ölkələrinin Azərbaycana qoyduğu investisiyalar 11 min yeni iş yerinin açılmasına səbəb olub",- nazir müavini qeyd edib.
Onun sözlərinə görə, son 5 ildə Aİ-nin Azərbaycana yatırdığı sərmayələrin həcmi 15,3 mlrd. dollar olub. Nazir müavini əlavə edib ki, 1992-ci ildən bəri Aİ Azərbaycanda texniki dəstək layihələrinə 600 mln. avroluq dəstək verib.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
© Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
3 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
5 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
11 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
12 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
























