Qlobal xam neft hasilatı 2017-də azalıb
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018 İllik Statistik Bülleteninə görə, kartel üzvü olan ölkələrin gündəlik neft hasilatı keçən il 2016-cı ilə nisbətən 926 min barrel azalıb. OPEC üzvü olmayan ölkələrin neft istehsalında isə artım baş verib.
"Marja" bülletenə istinadən xəbər verir ki, 2017-də Dünya üzrə neft istehsalında ən çox artım 498 min barel artımla ABŞ-da baş verib. İkinci yerdə isə 427 min barel artım təmin edən Liviya gəlir. Liviyanın gündəlik neft hasilatı 820 min barelə çatıb.
Qlobal neft istehsalında ən böyük azalma Səudiyyə Ərəbistanı və Venesuelada baş verib. Səudiyyə Ərəbistanı istehsalını 2017-də gündəlik 501 min barel azaldıb.
İqtisadi və siyasi mənada çətin günlər keçirən Venesuelada da ötən il gündəlik neft hasilatı 338 min barrel azalaraq 2 milyon 30 min barrelə enib.
NEFT İSTEHSALINDA LİDER ÖLKƏLƏR
Ötən il ən çox neft hasilatı Rusiyada artıb. 2017-də Rusiyanın hasilatı gündəlik 10 milyon 350 min barel səviyyəsində olub.
Rusiyanın ardınca ötən il gündəlik 9 milyon 960 min barellə Səudiyyə Ərəbistanı və gündəlik 9 min 360 min barellə ABŞ yer alıb.
QLOBAL NEFT TƏLƏBİ ARTIB
Qlobal neft tələbi keçən il əvvəlki illə müqayisədə 1,7 faiz artaraq gündəlik 97 milyon 200 min səviyyəsində baş tutub. Ən çox tələb Çin və Hindistan başda olmaqla Asiya Sakit Okean ölkələrində, Avropa Qitəsi və Şimali Amerikada artıb.
Keçən il, Afrika və Yaxın Şərqin neft tələbatı əvvəlki illə müqayisədə gündəlik 100 min barrel artıb, Latın Amerikasında azalma baş verib.
OPEC-İN NEFT İXRACI AZALIB
OPEC-in neft ixracı da 2017-də əvvəlki illə müqayisədə gündəlik 406 min barrel azalaraq 24 milyon 860 min barrel səviyyəsinə enib. Ümumi ixracatın 62,6%-i Asiya Sakit Okean ölkələrinə həyata keçirilib. Avropa ölkələri isə OPEC-dən neft idxalını gündəlik 4 milyon 400 min bareldən 4 milyon 460 min barrelə qaldırıb.
Dünya miqyasında sübut edilmiş ümumi neft ehtiyatı 2017-də 1 trilyon 483 milyon səviyyəsində olub. Ehtiyat əvvəlki il 1 trilyon 489 milyon barrel səviyyəsində idi.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























