2 ay heç bir ödəniş tələb olunmur - TƏTİL KREDİTİ KAMPANİYASI
Yay istirahət mövsümünün qızmar hava şəraitində davam etməsi və insanların tətil ehtiyaclarının daha da artması ilə əlaqədar olaraq Rabitəbank müştərilərin nağd pul ehtiyaclarını qarşılamaq məqsədilə sentyabr ayının 1-dək növbəti kredit kampaniyasını keçirir.
Kampaniyanın əsas üstünlükləri tətil krediti götürən müştərilərə əsas və faiz məbləğinin ödənilməsi üzrə 2 ay güzəştin tətbiq olunması və 0% konvertasiyalı Master Card Standart kartının hədiyyə olunmasıdır.
Belə ki, kredit rəsmiləşdirildikdən sonrakı ilk 2 ayda heç bir ödəniş tələb olunmur, müştəri kreditin ödənişlərinə növbəti 3-cü aydan başlaya bilər. Bundan əlavə, krediti götürən bütün müştərilər tətilləri boyunca onlara hədiyyə olunacaq Master Card Standart kartı sayəsində heç bir konvertasiya faizi ödəməyəcəklər.
Kampaniya şərtləri üzrə kreditin maksimal müddəti 24 ay, maksimal məbləği isə 10000 manatdır. İllik faiz dərəcəsi isə cəmi 22% təşkil edir.
Qeyd edək ki, kampaniyadan faydalanaraq kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış, xarici pasportun surəti və digər bəzi sənədlər tələb olunur.
Kampaniya və onun şərtləri ilə bağlı daha ətraflı məlumat almaq və birbaşa onlayn sifariş etmək üçün http://bit.do/tetil keçid edin və ya 133 qısa nömrəsinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
14 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 38 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
1 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Rəsmi məzənnələr açıqlandı
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Ən çox oxunanlar
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib

























