Bir neçə bank da Dolları cüzi bahalaşdırdı
Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.
“Marja” xəbər verir ki, ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 5 Türk lirəsini keçən Dollar bu gün də 3,5% bahalaşaraq 5.74 lirəyə yaxınlaşıb.
ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyinin gözlənilməsi ilə Rusiya Rublu da ucuzlaşır. Dünən birjda Rusiya Rublu Dollar qarşısında 1% dəyərdən düşüb. Dollar/Rubl məzənnəsi 66.65 səviyysinə qalxıb. Banklarda Dollar 67 rubldan da baha satılıb. Rusiya valyutası Dollar qarşısında sonuncu dəfə 2016-ci ilin noyabrında bu səviyyələrə düşmüşdü.
“Marja”nın məlumatına görə, rəsmi məzənnə dəyişməsə də, Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunur. Məsələn, dünən ilə müqayisədə, dolların satış qiymətini “Nikoil Bank” 1.7020 manatdan 1.7030 manata, “Bank Avrasiya” 1.7020 manatdan 1.7030 manata, “Günay Bank” 1.7020 manatdan 1.7030 manata, “Bank Silk Vey” 1.7025 manatdan 1.7030 manata, Azərbaycan Sənaye Bankı 1.7010 manatdan 1.7020 manata qaldırıblar. Dünən də bir çox bank dolları bahalaşdıraraq satış qiymətini 1.7030 manata qaldırmışdılar. Bir neçə gün öncə banklardan 1.7005-1.7010 manatdan Dollar almaq mümükün idi.
Satış qiymətlərinə paralel olaraq Dolların alış qiymətlərində də artım var.
HƏRRACLARDA DOLLARA TƏLƏBİN AZ OLDUĞU BİLDİRİLİR
Banklarda Dollar bahalaşma meylində olsa da, Mərkəzi Bankda keçirilən hərraclarda satışa çıxarılan bütün valyutanın alınmadığı bildirilir. Bank dairələrindəki mənbədən verilən məlumata görə, dünən hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib. Əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu. Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
12 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
18 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























