"Zavodlar Avro 6 modellərini Azərbaycana göndərməkdən imtina edirlər"
Qərbin bir sıra avtomobil istehsalçıları Azərbaycandakı rəsmi tərəfdaşlarına Avro 6 və Avro 6+ emissiya standartlarına uyğun son modellərini göndərməkdən imtina edirlər.
Bunu “Marja”ya avtomobil bazarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, problemin yaranmasına səbəb Azərbaycanda Avro 4 standartına uyğun yanacağın istehsal edilməsidir:
“Hazırda Avropada əksər avtomobillər atmosferə atılan zərərli maddələrə dair Avro 6 və Avro 6+ standartlarına uyğun istehsal olunur. Azərbaycanda istehsal olunan benzinin isə rəsmi olaraq Avro 4 standartına uyğun olduğu bildirilir. Avtomobil şirkətlərinin araşdırmaları göstərir ki, Azərbaycanda istehsal edilən benzin Avro 3 standartına uyğundur. Bu benzin Avro 6 və Avro 6+ standartına uyğun avtomobillərdə istifadə etdildikdə, avtomobilin yanacaq sistemində və mühərrikində problemlər yaranır. Bildiyimiz kimi, yeni avtomobillərə adətən 3 və ya 5 il zəmanət verilir. Zəmanət dövründə yaranan qüsurlar zavodun hesabına aradan qaldırılır. Azərbaycanda zəmanətlə satılmış Avro 6 avtomobillərdə qısa müddət sonra nasazlıq yaranır, bəzi hissələr sıradan çıxır. Araşdıran zaman məlum olur ki, nasazlıq benzinə görədir. Bu səbəbdən bəzi istehsalçılar Azərbaycana Avro 6 + standartına uyğun avtomobillərini göndərməkdən imtina edirlər. Bizə, “ölkənizdəki yanacaq problemini həll edin” deyirlər”.
Mənbə qeyd etdi ki, yaranan nasazlığa görə avtomobil sahibi ilə rəsmi diler arasında mübahisə yaranır:
"Məsələn, sıradan çıxmış benzin nasos zavoda göndərilir. Araşdırma nəticəsində məlum olur ki, qüsur zavodluq deyil, sırf keyfiyyətsiz benzindən istifadəyə görə benzin nasos sıradan çıxıb. Belə olan halda, bu hissə zəmanət şərtləri ilə dəyişdirilmir və haqqı alıcı tərəfindən ödənilir. Bir çox alıcı da bunu qəbul etmək istəmir. O, avtomobili yeni aldığını deyir, qısa müddətdə benzin nasosun sıradan çıxmasını qəbul etmir və istehsalçını günahlandırır".
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 4 saat sonra
-
-
6 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
11 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 12 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
14 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























