Geri qaytarılan yük avtomobillərinin sayı 81-dən 36-ya enib
“Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
O qeyd edib ki, qida məhsulları idxal edən şirkətlərlə yanaşı, ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq: “İxracatçılara da bəyan etdik ki, fəaliyyətləri zamanı ölkədən məhsul ixrac edərkən kimin məhsulun içərisində keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olubsa, onlara asan ixrac mexanizmi tədbiq olunacaq. Onların məhsulları daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da iş adamlarının məhsularını daha çevik ixrac etməklərinə səbəb olacaq”.
Q.Təhməzli eyni zamanda vurğulayıb ki, Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa ölkələrindən geri qaytarılmayıb: “Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub. O da geri qayıtmayıb. Bu da keçən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 12 d. əvvəl
-
30 d. əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 33 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
56 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
1 saat əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Ən çox oxunanlar
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib


























