Xaricdən mal gətirənlərin sayı artıb
Azərbaycanda xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artıb.
“Marja”nın Dövlət Gömrük Komitəsinin hesabatlarından topladığı məlumata görə, 2017-ci ilin 10 ayında 13 min 82 olmuş xarici iqtisadi fəaliyyət iştirakçısı sayı, 2018-ci ilin 10 ayında 19 min 336-ya yüksəlib. Başqa sözlə, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 6 min 254 şəxs və ya 48% artıb.
Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı - fiziki şəxslər üzrə 7 min 587-dən 12 min 700-ə (artım 5 min 113 şəxs), hüquqi şəxslər üzrə 5 min 495-dən 6 min 636-ya (1 min 141 şəxs artım) qalxıb.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxslərin 224-ü dövlət şirkəti olub.
Qeyd edək ki, özəl sektorun idxalda payı daha böyükdür. Cari ilin 10 ayı ərzində Azərbaycanın 9 milyard 252 milyon dollarlıq idxalının 6 milyard 645 milyon dolları özəl, 2 milyard 91 milyon dolları dövlət sektoru və 515 min dolları fiziki şəxslər tərəfindən həyata keçirilib. Həmin dövrdə, 15 milyard 971 milyon dollarlıq ixracın 11 milyard 369 milyon dolları dövlət, 4 milyard 533 milyon dolları özəl, 69 min dolları özəl sektor tərəfindən həyata keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
30 d. əvvəl
Özəl Sektor Forumu çərçivəsində 4,7 milyard dollarlıq saziş imzalanacaq
- 30 d. əvvəl
-
46 d. əvvəl
"Ziraat Bank Azərbaycan"da yeni təyinat - Aynur Mirzəyeva Departament direktoru oldu
-
50 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan ilk sukuk buraxılışına hazırlaşır
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB





















