“Paytaxtda qanunsuz bina tikilir, qurumlar göz yumur”
Arif Əmirov qardaşı Oktay Əmirovdan ona miras qalan torpaqda qanunsuz hündürmərtəbəli binanın tikildiyini iddia edir.
O, bu barədə müraciətində danışıb. Şikayətçi qeyd edib ki, “Murad-MS MMC” şirkəti 2016- ci ildən 8-ci mikrorayon 3078-ci məhəllə, 21-ci binanın qarşısında tikintiyə icazə sənədi olmadan 17 mərtəbəli bina tikir:
“Buna etiraz olaraq ilk dəfə bina sakinləri Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovla görüşüblər. Bina sakini Əbülfəz Hacıyevin adına gələn məktubda tikintinin qanunsuz olduğu vurğulanıb. Amma tikinti yenə də davam etdi. Daha sonra mən özüm Dövlətxan müəllimlə görüşdüm və o, mənə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Komissiyasına məktub təqdim etməyimi bildirdi. Həmin komissiyanın 0563 nömrəli qərarında göstərilir ki, yoxlama zamanı şirkətin torpaqda tikintiyə dair icazə sənədinin olmadığı məlum olub.
Bundan sonra tikinti işləri müəyyən müddətə dayandırıldı. Şirkət yenidən Arxitektura komitəsinə müraciət edərək tikintini davam etdirmək üçün kod reyestr və xüsusi nişan alıb. Ancaq kod reyestr tikinti icazəsi demək deyil. Tikinti Məcəlləsində də qeyd olunub ki, ilk olaraq torpağa dair icazə sənədi olmalıdır. Mənə çox maraqlıdır ki, bu adamlar tikinti icazəsi olmadığı halda bunu necə apara bilirlər? Mən birinci vitse-prezidentin katibliyində də olmuşam. Katiblik Ədliyyə Nazirliyinə torpağın kimə adi olmasını araşdırmaq üçün məktub göndərib. Nazirliyin bələdiyyələrlə iş üzrə mərkəzindən mənə gələn məktubda da qeyd olunub ki, torpaq Əmirov Oktayın adınadır.
Şəhərsalma və Arxitektura Komitəsindən bildirirlər ki, 2013- cü ildə layihələndirmə sərəncamı tikintiyə icazə sənədi kimi qəbul olunurdu. Halbuki qanunvericilikdə belə bir şey yoxdur. Paytaxtda qanunsuz bina tikilir, qurumlar isə buna göz yumur. Layihələndirmə sərəncamının və xüsusi nişanın ləğv edilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmənin hakimi Fərrux Qasımov tikintiyə icazə sənədinin olmadığına dair qərar verdi. Amma bu adamlar hansısa yollarla 1 saylı İnzibati İqtisad Məhkəməsində iş qaldırdılar. Və məhkəmə həmin qərarı onların lehinə ləğv etdi”.
Məsələ ilə bağlı “Murad-M.S” MMC ilə əlaqə saxladıq. Şirkətdən bildirilib ki, torpaq şikayətçinin qardaşı Əmirov Oktayın adınadır. O, 2006- cı ildə bu torpağı satmaq barəsində 27 saylı notariusda alqı-satqı müqaviləsi bağlayır. Daha sonra isə Əmirov Oktay torpağı satmadan “Murad-M.S” MMC-yə təsisçi olaraq daxil olur. Yəni, torpağı payçı kimi təqdim edərək bina tikilməsinə icazə verir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim olunub. Ona bunun üçün 700 min manat pul ödənilib. Mülk şəklində isə həyat yoldaşı Lətafət Əmirovaya pulla yanaşı, 4 mənzil də verilib. Əslində Arif Əmirovun davası Lətafət Əmirovayladır. Belə ki, Oktay Əmirov vəfat etdikdən sonra onun elə hüzr mərasimində mülk məsələsi üstündə mübahisə düşüb:
“Bizə də o hüzrdə yaxınlaşıb dedilər ki, torpağın alqı-satqı əməliyyatı təkrar onlarla aparılsın. Bu isə mümkün deyil. Ölümündən sonra 75 faiz pay onun həyat yoldaşına miras qalıb. Qalan 25 faiz pay isə anasına qalsa da, anası vəfat edib. Vərəsələr arasında qardaş və ya bacının olmasına dair heç bir hüquqi sənəd yoxdur. 2016- ci ildə isə binanın tikintisi 7 aylıq müddəti ətrafda olan bina sakinlərinin şikayəti əsasında dayandırılıb, yəni Əmirov Arifin şikayəti əsasında bir gün belə bina tikintisi dayandırılmayıb. Biz bütün məhkəmələrdə udmuşuq. Ən son 2018-ci ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb ki, Arif Əmirovun heç bir iddiası mümkün sayılmasın.
Biz başa düşmürük ki, 1 bina Bakı şəhərində nə qədər gücə malikdir ki, bütün dövlət qurumları bunun tikilib başa çatmasına göz yumsun. Ətrafda olan bina sakinlərinin bizdən heç bir narazılığı yoxdur. Bütün qanuni prosedurlar çərçivəsində bina tikilib. Binanın həyətindəki park da abadlaşdırılıb. İndi heç bina yaxınlığında yaşamayan Hüseynov Elçin adlı şəxs də tapıblar. O da bunlara qoşulub. Məhkəmə də sual verir ki, yaxşı bunun ailə üzvlərinin məsələsini başa düşdük, bəs siz kimsiniz? İndiyə kimi şikayət etmədikləri yer qalmayıb. Biz də əlimizdə olan bütün hüquqi sənədlərlə məhkəmədə qalib oluruq. Tikintiyə layihələndirmə sərəncamı verildikdən sonra xüsusi nişan da bizə təqdim olunub”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib



























