Hökumətin istixana kartofuna ixrac rüsumunu ləğv edəcəyi gözlənilir
Bəzi yerli istehsalçıların kartof ixracına əlavə gömrük rüsumu tətbiqinə etiraz edilməsilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik ediləcəyi bildirilir.
“Marja”nın əldə etdiyi məlumata görə, İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə sahibkarlar, supermarket və bazar rəhbərlərilə müzakirələr aparılıb. Mənbənin sözlərinə görə, müzakirələrin sonunda müvafiq qərarda istixana kartofuna istisna müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət edilməsi qərara alınıb.
Verilən məlumata görə, görüşdə Şəmkir və Cəlilabad rayonlarının İcra başçıları da iştirak edib.
İqtisadiyyat Nazirliyindən isə "Marja"ya bildirildi ki, görüşdə sahibkarlara məhsul satışında dəstək tədbirləri müzakirə edilib.
Qeyd edək ki, əlavə ixrac gömrük rüsumu kartof ixracını bahalaşdırır. Şəmkirli sahibkarlar istixanlarda yetişdirdikləri kartofun 1 kiloqramını 1,80 manatdan Rusiya bazarına göndərirdilər. 1 kq kartofun ixracına 1 dollar rüsumun tətbiq edilməsi bu məhsulun ixracını sərfəsiz edir. Şəmkir kartofunu 1,80 manatdan daxili bazarda da satmaq mümkünsüzdür.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə kartofun ixracına bu ilin 30 aprelinədək 1 dollar, soğan və kələmin ixracına isə 31 may tarixinədək 2 dollar ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.
İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında bildirilir ki, atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil ediblər. Sakinlər əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar. Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
10 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
10 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























