Çinlilər Macarıstanda daşınmaz əmlak alırlar
Macarıstanın daşınmaz əmlak bazarının ekspertləri Çindən olan müştərilərin fəallığının son illər çox artdığını etiraf edirlər. Ölkənin bir sıra iri rieltor (daşınmaz əmlak alqı-satqısı) şirkətləri hətta məxsusi olaraq asiyalı müştərilər üçün ayrı-ayrı ofislər açmağa başlayıblar. Onların saytlarında isə Çin dilində səhifələr açılıb.
Bütün bunlar təsadüfi deyildir. Son illər Çin vətəndaşları Macarıstanın daşınmaz əmlak bazarında əcnəbi müştərilərin böyük əksəriyyətini təşkil edir.
“Technohaza” rieltor şirkətinin analitik departamentinin başçısı Timea Karoy müsahibəsində deyib: “Bunlar, əsas etibarilə, artıq çoxdan burada yaşayan çinlilərdir. Onlar Macarıstanda həm özləri üçün, həm də investisiya məqsədi ilə mənzillər alırlar. Çinlilər daşınmaz əmlak bazarının ən fəal iştirakçılarıdır”. Onun sözlərinə görə, çalışdığı firmada Çin dilində danışan əməkdaşlar, Çindən olan müştərilər üçün ixtisaslaşdırılmış ofis var. Sənədləşdirmə də Çin dilində aparılır.
O, daha sonra deyib: “Biz hətta Avropa İttifaqının vətəndaşlarını bir qrupda toplasaq belə, çinlilər onların hamısını qabaqlayar. Macarıstan Mərkəzi Statistika İdarəsinin son məlumatına görə, çinlilər 2016-cı ildən bu sahədə inamla liderlik edirlər. Ötən il onlar bir mənzilə orta hesabla 125 min 735 avro xərcləyiblər. Çinlilər əsas etibarilə bahalı mənzillər axtarır və nadir hallarda alver edirlər. Budapeştdə qiymətlərin bugünkü yüksək səviyyəsi nəzərə alınsa, çinliləri maraqlandıran qiymətlər diapazonu 153 min - 245 min avro arasında dəyişir”.
Daşınmaz əmlak bazarının eksperti əlavə edib ki, başqa ölkələrin nümayəndələri – ruslar, avstriyalılar, almanlar Balaton gölündə yay evləri bazarının fəal iştirakçıları olduğu halda, asiyalılar yalnız Budapeştin özündə mənzil axtarırlar.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















