20 illik ipoteka bərpa edildi
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı tikinti şirkətləri ilə əməkdaşlığı yenidən bərpa edib.
“Marja” xəbər verir ki, Bank müvəqqəti olaraq dayandırdığı 20 illik manat ipotekasını bərpa edib. İpoteka krediti illik 10% ilə ayrılır. İlkin ödəniş layihədən və mənzildən aslı olaraq dəyişir.
Müştərilərinə müjdəni çatdıran tikinti şirkətlərindən biri “Kristal Abşeron” olub.
“Kristal Abşeron-dan qaynar təklif! 20 illik ipoteka bərpa olundu! Bu gündən etibarən Kristal Abşeron layihələrinə gəlin, tam təmirli hazır mənzilləri 20 ilədək ipoteka imkanı ilə əldə edin! Tələsin! Mənzillərin sayı məhduddur! Bugünun işini digər baharlara saxlamayın!” – şirkət Facebook səhifəsində yazıb.
“Kristal Abşeron” Facebook səhifəsində müştərilərin suallarından birinə cavab olaraq yazıb ki, indi Xırdalanda 316 manat aylıq ödənişlə də mənzilə sahib olmaq olar:
“1 otaqlı 37 kv/m ilkin ödəniş 6950 AZN olacaq, aylıq ödəniş 413 AZN. 28.8 kv.m üçün ilkin ödəniş 7 700 AZN, aylıq ödəniş 316 AZN”
https://www.facebook.com/KristalAbsheron/?fref=ts
XXX 17:42
Azərbaycan Beynəlxalq Bankı 20 illik ipotekanı bərpa edib.
“Marja”nın əldə etdiyi məlumata görə, bu gündən başlayaraq, vətəndaşlar Bankın tərəfdaşı olan tikinti şirkətlərinə müraciət edərək şəxsiyyət vəsiqəsilə 20 illik ipoteka ilə mənzil əldə edə bilər.
Məsələn, Kristal Abşeron və Xəzər İnşaat-dan tam təmirli hazır mənzilləri 20 ilədək ipoteka imkanı ilə əldə edə bilərsiniz.
İpoteka krediti illik 10% ilə ayrılır. İlkin ödəniş Layihədən və mənzildən aslı olaraq dəyişir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
-
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
8 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
9 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək























