Azərbaycanda tarixi istiqraz yerləşdirilməsində rekord göstəricilər
1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilmişdir.
“Marja”nın Birjadan əldə etdiyi məlumata görə, Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81 milyon manat məbləğində sifariş toplanmışdır. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələmişdir.
Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 sifariş təqdim olunmuşdur.
"Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilmişdir. Bu istiqamətdə atılan addımlar nəticəsində nüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirmişdir",- Bakı Fond Birjasından bildirilib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur.
Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilmişdir. Yerləşdirmənin anderrayteri “Paşa Kapital” İnvestisiya Şirkəti QSC olub.
Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. Emissiya Prospektinə görə, illik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir. Tələb təklifdən yüksək olduğundan faiz Emissiya Prospektində elan olunmuş səviyyədən aşağı düşüb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan da daxil olmaqla, 11 üzvü olan ölkələr tərəfindən yaradılmış beynəlxalq maliyyə qurumudur. QDTİB qərargahı Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB-ın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi inkişafına töhfə verməsinə yönəlib. Bankın nizamnamə kapitalı 3.45 milyard avro təşkil edir. QDTİB "Standard and Poor's" agentliyi tərəfindən uzunmüddətli "A-" reytinqinə və "Moody's" agentliyi tərəfindən "A2" reytinqinə layiq görülüb.
Azərbaycanda beynəlxalq qurum ilk dəfə manatda istiqraz buraxıb. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) hər birinin nominal dəyəri 1000 manat olan 10 000 ədəd istiqraz emissiya edib. Sözügedən emissiya beynəlxalq maliyyə institutu tərəfindən Azərbaycanda həyata keçirilən milli valyutada ilk istiqraz buraxılışı kimi tarixə düşüb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 13 saat sonra
-
-
2 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























