Cenifer Lopezdən "fintech" sərmayəsi
"Fintech"lərə (finteç) sərmayə yatıran məşhurlar karvanına ABŞ-lı oyunçu və müğənni Jennifer Lopez də qatılıb.
"Marja" xəbər verir ki, Lopez və keçmiş beyzbol oyunçusu sevgilisi Alex Rodriguez, bir banka alternativi olmaq istəyən yığım və sərmayə finteçi "Acorns Grow"a səhmdar olublar.
"Paypal", "BlackRock" və "NBCUniversal"ın da sərmayəçiləri arasında olan "Acorns Grow", istifadəçilərin "Acorn" kartları ilə etdikləri alış-verişlərdəki qalıqları yuvarlaşdıraraq, əlavə qalan hissəsini əmanət hesabını istiqamətləndirir. Bu sayədə istifadəçilər fərqinə varmadan qənaət etmiş olurlar. "Acorns Grow" mikro investisiya qoyuluşu əlavəsidir
HƏDƏF 100 MİLYON İSTİFADƏÇİDİR
"The Wall Street Journal"da yer alan xəbərə görə, ilk mərhələdə "Acorn"un 100 milyon istifadəçisi olan bir bank alternativinə çevirmək nəzərdə tutulur. Amerika vətəndaşlarının bu tətbiq (proqram) sayəsində, gələcəkləri üçün əmanət yığması və sərmayə qoymaları hədəflənir.
5 MİLYON İSTİFADƏÇİSİ VAR
"Acorn"u banklardan və rəqiblərindən fərqli edən tərəfi isə hər hansı bir ATM haqqı, nağd avans haqqı və ya minimum məbləğ tələbinin olmamasıdır. Şirkət 1 milyon dollar yığıma qədər aylıq 1 - 3 dollar arası aylıq xidmət haqqı alır. Son 4 ildə "Acorn", 220 min hesabdan 5 milyon hesaba çatmışdır. Bu hesabların yarısı aktiv olaraq yığım edir və sərmayə qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 32 d. əvvəl
-
53 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























