"Prior Leasing" fermerləri müasir bağçılıq texnikaları ilə tanış edib
“Yeni texnoloji avadanlıqlardan istifadə fermer əməyini yüngülləşdirir, məhsuldarlığı artırır, müasir standartlara uyğun məhsul istehsal etməyə imkan verir. Dövlətin kənd təsərrüfatı texnikalarını və texnoloji avadanlıqların alışına güzəşt tətbiq etməsi fermerlərə öz təsərrüfatlarını müasirləşdirmək üçün yaradılmış şəraitdir”, -Zaqatalada keçirilən II Beynəlxalq fındıq, qoz və şabalıd festivalında iştirak edən "Prior Leasing" şirkətinin təmsilçisi Azər Hümbətov sərgidə stend ilə iştiraklarının məqsədini açıqlayıb.
“Müasir texnologiyalar aqrar sahənin əsrlər boyu daşıdığı ağır yükü azaldır. Bu texnologiyalar sayəsində indi bir meyvə bağı təmizliyi, səliqəsi və iş mühiti ilə hər hansı müasir istehsalat sahəsindən heç nə ilə fərqlənmir. Bizim məqsədimiz bu texnika və texnologiyaları fermerlərə tanıtmaq, dövlətin yaratdığı imkanlardan istifadə edərək bu texnikalara sahiblənmələrinə vasitəçi olmaqdır” – Lizinq şirkətinin nümayəndəsi deyib.
Festivalda bağçılığa aid texnikaları nümayiş etdirən şirkət fermerlərin güzəştli şərtlərlə texnika üçün müraciət etməsinə də şərait yaradıb. "Prior Leasing" stendində meyvəçiliklə məşğul olan fermerlərdən müraciətlər toplanılıb, texnikalar barədə məlumat verilib, kataloqlar paylanıb.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə reallaşan festival sentyabrın 28-dən 30-dək davam edib.
“Prior Leasing” ASC 2014-cü ildə təsis edilib. Əsas fəaliyyət növü damazlıq heyvan, kənd təsərrüfatı və tikinti texnikasının lizinqidir. Yerli fiziki şəxslər tərəfindən təsis edilmiş “Prior Leasing” Azərbaycanın bütün bölgələrində fermer və sahibkarla texnika satışı, lizinq və məsləhət xidməti göstərir.
Telefon: *8800
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























