PAŞA Bank Premium kartlar üzrə yeni kampaniyaya başlayır
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə nağdsız əməliyyatların artırılması məqsədilə təşviqat xarakterli müxtəlif kampaniyalar keçirməkdədir. Belə ki, 21 oktyabr 2019-cu il tarixindən etibarən PAŞA Bankın Premium kartları üzrə yeni kampaniyaya start verilir.
Kampaniyanın şərtlərinə əsasən PAŞA Bankın Premium kartları ilə (Mastercard Gold, Visa Gold, Mastercard Platinum, Visa Platinum, Mastercard World Elite, Visa Infinite) ən az 50 AZN məbləğində ən çox əməliyyat aparan 14 müştəriyə mükafatlar təqdim ediləcək. Qaliblər hər 2 həftə ərzində müəyyən olunacaq və "500AZN-lik Monteleone kuponu + Miles&Smiles Black Edition" hədiyyə dəsti ilə mükafatlandırılacaq.
Qeyd olunmalıdır ki, kampaniyada PAŞA Bank Miles&Smiles kartları, həmçinin aşağıda adı keçən ödənişlər iştirak etmir:
-Dövlət ödənişləri
-Mərc, kazino və s. "unique" tipli ödənişlər
-Bank ödənişləri
Kampaniyada 1 müştəri yalnız 1 dəfə qalib ola bilər. Müştərinin bir neçə Premium kartı varsa, həmin kartlarla həyata keçirdiyi ödəniş sayı cəmlənir.
Kampaniyanın bitmə tarixi: 12.01.2020
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
59 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























