Hər gün 1 tender udan şirkət – BÜDCƏ BU ŞİRKƏTƏ AXIR
Dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin; ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan etdikləri tender və kotirovka sorğularında çox qalib gələn bir şirkət var: "İnpeks.N" MMC. Bu şirkət orta hesabla hər gün 1 tenderin qalibi olub.
234 TENDER, 73 MİLYON MANAT
“Marja”nın “Dövlət satınalmalarının vahid elektron portalı”nda apardığı araşdırmaya görə, "İnpeks.N" şirkəti 28.03.2019 - 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.
Qeyd edək ki, 01.01.2019 - 27.03.2019 dövründə dövlət təşkilatları və "İnpeks.N" arasında müqavilələrin bağlanıb bağlanmadığı haqqında “Dövlət satınalmalarının vahid elektron portalı”nda məlumat yerləşdirilməyib.
ƏN BÖYÜK SİFARİŞLƏRİ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏN ALIR
"İnpeks.N" şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, MMC "İnpeks.N" ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.
Cari ilin Oktyabr ayının ötən dövründə Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi "İnpeks.N" şirkətilə 15 milyon 713 min manat məbləğində 10 müqavilə bağlayıb. Müqavilələrə əsasən, İdarənin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları və uşaq evlərində cari təmir işləri görüləcək, avadanlıq və yumşaq inventarları alınacaq.
"İnpeks.N" şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) çoxsaylı tenderlərinin qalibidir.
"İnpeks.N" şirkəti Mədəniyyət Nazirliyinin elan tenderlərin də qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin əsaslı təmir işlərini 3 milyon 907 min manata "İnpeks.N" şirkəti həyata keçirib.
Mədəniyyət Nazirliyi, ona tabe olan idarələr və kitabxanalar tez-tez "İnpeks.N" şirkətindən maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat malları alır.
Mədəniyyət Nazirliyinə yaxın olan Bakı Xoreoqrafiya Akademiyasının əsaslı təmir işləri üzrə tenderinin də qalibi "İnpeks.N" şirkəti olub və 1 milyon 252 min manatlıq müqavilə bağlayıb.
“İnpeks.N" şirkəti rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tender və kotirovka sorğularında da tez-tez qalib elan edilir.
BU ŞİRKƏT NƏ İSTƏSƏN ONU TƏŞKİL EDƏ BİLİR
“Dövlət satınalmaları haqqında” qanuna görə, keyfiyyət tələblərinə cavab verən, ən aşağı qiyməti olan və ən sərfəli sayılan təklif qalib gəlmiş sayılır.
Qalib olduğu lotların sayına və adlarına baxdıqda "İnpeks.N" şirkətinin çox bacarıqlı olduğu təəssüratı yaranır. Şirkətin asfalt örtüyünün təmiri işlərindən tutmuş dəftərxana ləvazimatları işlərindək olan sifarişləri ən aşağı qiymətlər ilə həyata keçirməsi maraq doğurur.
Ehtimal ki, "İnpeks.N" şirkəti vasitəçilik də edir, qalib olduğu tenderləri digər şirkətlərdən aldığı mal və xidmətlər ilə təhvil verir.
Dövlət müəssisə və təşkilatları tərəfindən "İnpeks.N" şirkətinin 179 gündə 234 dəfə qalib elan edilməsi vəziyyəti, Azərbaycanın dövlət büdcəsi vəsaitlərinin vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunması, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin daha da artırılması məqsədləri baxımından müzakirə edilə bilər. İstəsələr müvafiq təşkilatlar yoxlamalar da apara bilərlər.
06.06.2013-cü il tarixində dövlət qeydiyyatına alınmış "İNPEKS.N" MMC-nin direktoru Ramazanov İntiqam Adil oğludur. Şirkət 10 manat nizamnamə kapitalına malikdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 6 saat sonra
-
-
5 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
9 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 10 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
12 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb





























