Bakıda avtodayanacaq satılır - Qiyməti
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 aprel tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.
Komitəsən “Marja”ya daxil olmuş məlumata görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılıb.
Özəlləşməyə çıxarılan bu müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir.
Hərraca çıxarılan müəssisələr sırasında Ağcəbədi Aqrotexservis, Astaraçay-3, Masazır Quşçuluq, Masallı Şıxlar Broyler, Neftçala Ət kimi iri dövlət əmlakları var.
Əmlak Məsələləri Dövlət Komitəsi 02 may tarixindəki növbəti hərracını da elan edib. Hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Kiçik müəssisələrə investrolar sərmayə yatıraraq biznes məqsədləri üçün istifadə edə bilərlər. Hətta bəzi əmlaklara kiçik məbləğdə vəsait qoymaqla böyük qazanc əldə etmək mümkündür. Qeyd edək ki, hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı Avtodayanacaqdır. Sahəsi 6047 kv.m olan adı çəkilən əmlakın ilkin start qiyməti 331 min 500 manatdır.
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Hərracda iştirak etmək üçün prosedur olduqca sadədir. Beləki, əmlak sahibi olmaq istəyən vətəndaş birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
3 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
5 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
-
10 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
12 saat əvvəl
Azərbaycan: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Ən çox oxunanlar
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
İsveçrə "10 milyonluq ölkə" limitinə "yox" deyib
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi























