"ABŞ və İran arasında geniş hərbi qarşılaşma olmayacaq"
Beynəlxalq kredit reytinqi təşkilatı "Standart & Poor's" (S&P), ABŞ ilə İran arasında artan gərginliyin Körfəz bölgəsindəki riskləri artırdığını açıqlayıb.
"Marja" xəbər verir ki, S&P-nin yaydığı açıqlamada, İran İnqilab Keşikçiləri Korpusuna bağlı "Qüds Gücü"nün komandiri general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsinin ardından Körfəz bölgəsində risklərin artdığı qeyd edilib.
Açıqlamada, artan risklərə baxmayaraq S&P-nin hələ də bölgə üçün təməl ssenarisinin "ABŞ və İran arasında tam əhatəli hərbi bir qarşılaşmanın olmayacağı" istiqamətində olduğu bildirilib.
Körfəz ölkələrinin reytinqlərinin mövcud regional oynaqlıqları əks etdirdiyi qeyd edilən açıqlamada, gərginliyin artması vəziyyətində yüksələn neft qiymətlərindən gələn gəlirin neft istehsalçısı ölkələrdən ola biləcək sərmayə çıxışının mənfi təsirlərini kompensasiya edə biləcəyi qeyd edilib.
Regional risklərin, gələcək dövrdə təməl ssenaridəki nəzərdə tutulanın üzərində artması vəziyyətində BƏƏ, Küveyt, Qatar və Səudiyyə Ərəbistanının valyuta ehtiyatları səbəbilə daha güclü olduqları, ola biləcək sərmayə çıxışlarına Bahreyn və Qatarın isə daha kövrək olduqları bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























