Ötən il 54%, bu il də 21% bahalaşıb - "QİYMƏTDƏ "KÖPÜK" YARANIR"
Avtomobillərin ətraf mühiti çirkləndirməsini azaldan ehtiyat hissəsi olan katalizatorların istehsalında da istifadə edilən palladium sürətlə bahalaşır. "Marja" xəbər verir ki, cümə axşamı günü palladiumun unsiyasının qiyməti 2395.71 dollara qalxaraq bütün zamanların ən yüksək səviyyəsini görüb və təkcə bu həftə 11% bahalaşıb.
Palladium görülən bu qiymət artımı təcrübəli bazar müşahidəçiləri üçün belə çaşdırıcıdır.
İri palladium istehsalçısı olan Cənubi Afrika, Noyabr ayında "platin qrupu metallar" istehsalında kəskin azalma olduğunu bildirib. ABŞ və Çin arasında imzalanan ticarət razılaşması və Avropada keçən ay görülən rekord avtomobil satışları da qiymət artımına təkan verib.
"Commerzbank"ın analitiki Carsten Fritsch, "Dinamiklər çox güclüdür. Kimsə mənə bunun yalnız təməl göstəricilər olduğunu söyləyə bilməz. Bu vəziyyət hal-hazırda bir "köpük" halını alır" deyib.
"Australia & New Zealand Banking Group" (ANZ), palladiumun qiymətinin artmasını istehsalın azalması və Çinin emissiya qaydalarını daha da sərtləşdirməsi ilə tələbin artmasından qaynaqlandığını açıqlayıb. Bank, palladiumun platindən 2 dəfə yüksək qiymətlə satıldığını və bu vəziyyətin avtomobil istehsalçılarını platin istifadə etməyə təşviq edə biləcəyini və buna bağlı olaraq platinin qiymətinin da palladiuma çata biləcəyini qeyd edib.
Palladiumun unsiyasının qiyməti 2019-cu ildə 54%, bu il də 21% artıb.
Qardaş metal platinin qiyməti, Cümə axşamı günü 1041.71 dollar ilə təxminən 3 ilin ən yüksək səviyyəsini görüb. Digər qiymətli metallardan qızıl 0.2%, gümüş 0.6% dəyər qazanıb.
Palladiumun texniki göstəriciləri isə satış işarəsini verir. Bəzi analitiklər qiymətlərdə ani azalma gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























