Dünya nəhəngi banklardan 10 milyard dollar borc istəyəcək
ABŞ-ın “Boeing” korporasiyası əlavə maliyyələşdirmə ilə əlaqədar banklarla danışıqlar aparır. CNBC-dən olan mənbələrin məlumatına görə, təyyarə istehsalçısı “737 Max” tipli təyyarə ilə bağlı problemlər fonunda artan xərclərlə üzləşdiyindən 10 milyard ABŞ dolları və ya daha çox kredit cəlb etmək niyyətindədir.
Xarici mətbuatın verdiyi məlumata görə, şirkət artıq banklardan ən azı 6 milyard dollar kredit alıb və əlavə vəsaitin cəlb olunması üçün digər kreditorlarla danışıqlar aparır.
Analitiklərin fikrincə, kreditor korporasiyaya əlavə vəsait ayırmaqdan çəkinməməlidir. Lakin “Boeing”in cəlb etmək istədiyi məbləğ bəzi mütəxəssislərin gözlədiklərindən qat-qat çox olub. Belə ki, mütəxəssislər yeni kredit məbləğinin təxminən 5 milyard dollar səviyyəsində olacağını qiymətləndirdi.
Qeyd edək ki, “737 MAX” təyyarələrinin istismara qaytarılması yenidən gecikir və bu da şirkətin xərclərini artıra bilər. Bununla yanaşı, ötən həftə üzə çıxan proqram təminatı ilə bağlı problemi həll etmək üçün də vəsait lazım olacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















