İri holdinqdə yeni Baş Direktor Müavini, Telekom rəhbəri təyinatı
NEQSOL Holding cənab Cenk Serdarın holdinqin Baş Direktor Müavini, Telekom rəhbəri vəzifəsinə təyin edildiyini elan edib.
Holdinqdən Marja-ya daxil olmuş məlumata görə, Cenk Serdar eyni zamanda holdinqin tərkibinə daxil olan Bakcell və Vodafone Ukrayna telekommunikasiya şirkətlərinin Direktorlar Şurasının üzvü təyin edilib.
Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişafda olan ölkələrin telekommunikasiya sektorlarında qazandığı 20 ildən çox zəngin təcrübəyə malikdir. O 6 il ərzində Saudi Telecom Group-da və 5 il ərzində fəaliyyəti Avropa, Asiya, Afrika və Orta Şərqin 20-dən çox ölkəsini əhatə edən Vodafone Group-da yüksək rəhbər vəzifələrdə çalışıb. Həmçinin, digər şirkətlərdə rəhbər vəzifələrinə əlavə olaraq, o, müxtəlif telekommunikasiya, texnologiya və maliyyə şirkətlərinin direktorlar şurasının üzvü vəzifəsində də fəaliyyət göstərib. Cenk Serdar Wharton məktəbindən MBA dərəcəsinə sahibdir və həmçinin Fulbright proqramının təqaüdçüsü olub.
“Holdinqimiz davamlı inkişaf edir və fəaliyyətini genişləndirir. NEQSOL Holding-in Baş Direktor Müavini, Telekom rəhbəri kimi Cenk Serdar holdinqin telekommunikasiya biznes istiqamətinə rəhbərlik edir. İnanıram ki, onun telekommunikasiya sahəsində dərin bilikləri holdinqimizə dəyərli təcrübə gətirəcəkdir", - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov qeyd edib.
“NEQSOL Holding Azərbaycan və Ukraynanın telekommunikasiya bazarlarında güclü mövqeyə sahibdir. Holdinqin telekommunikasiya şirkətləri, Bakcell və Vodafone Ukrayna, öz bazarlarında əhəmiyyətli nailiyyətlər əldə ediblər. Holdinqin və telekom şirkətlərimizin peşəkar komandaları birlikdə çalışaraq bütün təcrübəmi holdinqin gələcək inkişafına yönəldəcəyəm", - deyə Cenk Serdar bildirib.
NEQSOL Holding-in əsas fəaliyyət sahələrinə neft və qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayeləri daxildir. Holdinqin tərkibində olan şirkətlər Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələrdə fəaliyyət göstərir. Holdinqin telekommunikasiya şirkətləri mobil rabitə, magistral internet bağlantı və beynəlxalq trafik tranziti və digər xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
-
8 d. əvvəl
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
- 24 d. əvvəl
- 39 d. əvvəl
-
53 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
10 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Ən çox oxunanlar
Düyü idxalı 21,2% azalıb
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb




























